Ermənistanın İstintaq Komitəsinin Baş Hərbi İstintaq İdarəsində orduda Qarabağdakı döyüşlərə qoşulmamaq üçün özünü şikəst etməsi faktı ilə bağlı cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bununla bağlı Ermənistanın İstintaq Komitəsinin mətbuat xidməti məlumat verib.

Məlumata görə, araşdırma zamanı bilinib ki, 2020-ci il sentyabrın 27-də başlayan müharibə zamanı Ermənistanın hərbi qulluqçuları V.K və N.A. döyüşlərdə iştirak etməmək məqsədilə bir-birinin sağlamlığına zərər vurmaqla (özünü şikəst etməklə) hərbi xidmət çərçivəsində müəyyən öhdəliklərin yerinə ininyetirilməsini müvəqqəti dayandırmaqla bağlı anlaşığa gəliblər.

Əsgər N.A bu məqsədlə 19 oktyabr 2020-ci il saat 02:00 radələrində tabeliyindəki AK-74 avtomatından V.K-nın sol çiynindən bir dəfə atəş açaraq, sağlamlığına yüngül xəsarət yetirib. Bundan sonra əgər V.K. N.A.-ya AK-74 avtomatından atəş açaraq onu sağ ayağından yaralayıb. Bu, onların hərbi xidmət çərçivəsində müəyyən vəzifələrin yerinə yetirilməsinin müvəqqəti dayandırılmasına səbəb olub.

Onlar Ermənistan Cinayət Məcəlləsinin “Özünü şikəst etməklə, xəstəlik simulyasiyası, ya da başqa qanunsuz yollarla hərbi xidmətdən yayınma”, “Özünü şikəst etməklə, xəstəlik simulyasiyası, ya da başqa qanunsuz yolla hərbi xidmətdən yayınmaya qoşulma”, “Qəsdən sağlamlığa ağır zərər vurma” və “Qəsdən sağlamlığa yüngül xəsarət yetirmə” maddələri ilə ittiham olunublar.

Cinayət işi ittiham aktı ilə birlikdə Sünik vilayətinin birinci instansiya məhkəməsinə göndərilib.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın