Azərbaycan İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 16 saylı Protokolunu imzalayıb.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bununla bağlı Azərbaycanın Avropa Şurası yanında daimi nümayəndəliyinin “Twitter” səhifəsində məlumat verilib. İmzalama mərasimi Strasburqda Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç-Buriçin iştirakı ilə baş tutub.

Sənədi Azərbaycanın Avropa Şurası yanında daimi nümayəndəsi Fəxrəddin İsmayılov imzalayıb.

Mərasimindən sonra Fəxrəddin İsmayılov Avropa Şurasının Baş katibi ilə görüşüb. Görüşdə 16 saylı Protokolun imzalanması Azərbaycanın Konvensiya sisteminə sadiqliyinin göstəricisi olan vacib hadisə kimi dəyərləndirilib və bu sənədin yaradacağı məsləhət almaq imkanının ölkəmizdə insan hüquqlarının müdafiəsinə əlavə töhfə verəcəyi qeyd olunub. Görüşdə qarşılıqlı maraq kəsb edən məsələlər üzrə fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, sənəd Milli Məclis tərəfindən təsdiqləndikdən sonra qüvvəyə minəcək. Protokol Azərbaycanın ən yuxarı instansiya məhkəmələrinə Konvensiyada və onun protokollarında müəyyən olunan hüquqların və azadlıqların şərhi, ya da tətbiqi ilə bağlı prinsip xarakterli məsələlərlə əlaqadar məsləhət rəylərinin verilməsinə dair İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə müraciət etmək imkanı təqdim edəcək.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın