“Engineered Arts” şirkəti “Ameca” adlı yeni robotunu nümayiş etdirib.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, insanabənzər robotun görüntüləri Böyük Britaniyada yerləşən şirkətin sosial şəbəkə səhifələrində yayılıb.

Ameca” adlı texnoloji məhsul insanabənzər mimikası və jestlərilə diqqət çəkib. Videoda “Ameca” kimi tanınan robotun gözlərini açıb ətrafa baxıb özünü yoxladıqda, təəccüb hisslərini ifadə etdiyi görünür. Kameranı görəndə o, gülümsəyir və əlini uzadır.

“Ameca”-nın boz rəngli dərisi var, cins və irq baxımından neytral özəlliklərdə hazırlanmış, ancaq dünyanın “insan-robotexnika texnologiyasının ön sıralarını təmsil edən ən qabaqcıl insan formalı robotu” kimi təsvir edilir.

“Engineered Arts” şirkətinin yaradıcısı Uill Cekson, “İnsan kimi görünən robotun yaradılmasında məqsəd insanlarla ünsiyyət qurmaqdır” dedi. Robotun süni intellektə malik olmadığı bildirilib.

Human-like robot “wakes up” as UK company unveils android Ameca
Öncəki xəbərAFFA baş məşqçi Canni De Byazi ilə müqaviləni uzatdı
Sonrakı xəbərQarabağda hərbi qulluqçuya hücum edən erməni əsilli şəxs zərərsizləşdirilib
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın