“Dünən axşam saatlarında Ukraynanın Xarkov vilayəti raket atəşinə tutulması zamanı dörd azərbaycanlı həlak olub”.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bunu Ukrayna Azərbaycanlıları Radasının Lvov vilayəti üzrə sədr müavini Mahmud Qurbanov Oxu.az-a açıqlamasında deyib.

Mahmud Qurbanov bildirib ki, Xarkov vilayətində olan azərbaycanlı ailənin evinə raket düşüb:

“Həmin azərbaycanlı əslən Lənkərandan olub. Onun Xarkov vilayətində “Ləvəngi” adlı restoranı olub. Adı Emindir. Xanımı və iki övladı ilə birlikdə ölüb. Hadisə baş verən əraziyə rus ordusu nəzarət etdiyindən çətinliklər yaranır. Ona görə də cəsədlərin ərazidən çıxarılmasında problem var”.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın