Futbol üzrə Azərbaycan Milli Komandasının baş məşqçisi Canni De Byazi ilə müqavilə 2022-ci il oktyabr ayına qədər uzadılıb.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bununla bağlı Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) İcraiyyə Komitəsinin toplantısında qərar qəbul edilib.

Qərara uyğun olaraq, baş məşqçi Canni De Byazi növbəti bir ay ərzində 10 aylıq hazırlıq planını AFFA-ya təqdim edəcək.

Bundan başqa aşağı yaş qruplarından ibarət milli komandalara aşağıda göstərilmiş baş məşqçilər təyin olunub:

U-15/U-16 – Füzuli Məmmədov
U-17 – Elxan Abdullayev
U-18 – Aqil Nəbiyev

Toplantıda həmçinin AFFA tərəfindən Gəncədə Futbol Akademiyasının AFFA tərəfindən keçirlimiş tenderə uyğun olaraq tikintisi təsdiq olunub.

Regionlarda klublara maliyyə dəstəyinin təmin olunması məqsədilə bölgələrdəki futbol klublarına dəstək fondu təsis olunsun. Uyğun hüquqi prosedurların həyata keçirilməsi AFFA-nın baş katibliyinə tapşırılıb.

“Dalğa Arena”nın yaxınlığında yerləşən, uyğun infrastruktura daxil olmayan AFFA-ya məxsus torpaq sahəsi satışa çıxarılması qərara alınıb.

Bundan başqa aşağıdakı məsələlər qərara alınıb:

  • Apellyasiya və Arbitraj Tribunalının üzvü Zaur Qəhrəmanov öz xahişi ilə üzvlükdən azad olunsun. Gülağa Cabarov Apellyasiya və Arbitraj Tribunalının üzvü təyin olunsun;
  • Əsgər Abdullayev Məşqçilər Komitəsinə üzv təyin olunsun;
  • AFFA-nın Futbol akademiyasının təmir olunması üçün FIFA Forward Layihəsindən 150 000,00 ABŞ dolları məbləğində maliyyələşməsi təsdiq olunsun;
  • VAR layihəsi üçün 500 000,00 ABŞ dolları məbləğində FIFA Forward Layihəsindən maliyyə vəsaitinin ayrılması təsdiq olunsun;

Toplantının sonunda “Qarabağ” Futbol Klubuna UEFA Avropa Konfrans Liqasında play-off mərhələsinə vəsiqə qazanması münasibətilə AFFA-nın İcraiyyə Komitəsinin adından təbrik ünvanlanıb.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın