ABŞ Türkiyənin 30 ATAK zərbə helikopterinin Pakistana tədarükünün qarşısını alıb.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı Report informasiya agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Təyyub Ərdoğanın sözçüsü İbrahim Kalın “Bloomberg”ə müsahibəsində Rusiya istehsalı olan “S-400” raket kompleksləri ilə bağlı ABŞ-ın ölkəsinə tətbiq etdiyi sanksiyasından danışarkən bildirib.

Onun sözlərinə görə, bu tenderi, çox güman, Çin əldə edəcək: “ABŞ Pakistana satmaq üçün planlaşdırılan döyüş helikopterinin tədarükünün qarşısını alıb. Bu, tenderi Çinin əldə etməsi ilə nəticələnəcək. Ancaq bu məsələdə uduzan ABŞ olacaq”.

Türkiyə Müdafiə Sənayesinin Mətbuat xidməti bildirib ki, 2018-ci ilin iyulunda 30 ATAK helikopterin tədarükü ilə bağlı Pakistanla Türkiyə arasında müqavilə imzalanıb. Bu Türkiyənin müdafiə məhsullarının eyni vaxtda tədarükü ilə bağlı imzalanan ilk irihəcmli anlaşma olub. Müqavilənin toplam məbləği 1,5 milyard ABŞ dollarıdır. ABŞ həmin helikopterdə istifadə olunan mühərriyə lisenziyanı verməkdən imtina edib. Bu səbəbdən Türkiyə helikopter üçün öz mühərriyini hazırlayır.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın