ABŞ Prezidenti Co Bayden (Joe Biden) Romadakı G20 ölkələri toplantısının ardından Qlazqoda keçirilən BMT İqlim Sammitinə (GOP26) qatılıb.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, gərgin iş qrafik səbəbindən dövlət başçısı İqlim Konfransı zamanı yuxulayıb.

Co Baydenin sammitdə yuxuya getməsinin video görüntüləri sosial şəbəkələrdə yayılıb. Videodan da görünür ki, onun köməkçilərindən biri onu xəbərdar edib. Bundan sonra sosial şəbəkə istifadəçiləri ABŞ-ın əvvəlki prezidenti Donald Trampın Bayden üçün işlətdiyi “Yuxulu Co” ifadələrilə çıxış ediblər.

Qeyd edək ki, 79 yaşlı ABŞ prezidenti avqustun 27-də İsrailin Baş naziri Naftali Bennetlə Ag Evdəki görüşü zamanı da yuxulamışdı.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın