Amerika Birləşmiş Ştatları (ABŞ) Prezidenti Cozef Bayden (Joseph Biden) mayın 13-də vəzifəsini tərk edəcək Cen Psakinin yerinə Karin Jan-Pyeri prezidentin köməkçisi və Ağ Evin mətbuat katibi təyin edib.

YALAN.info bildirir ki, bununla bağlı Ağ Evin saytında məlumat verilib.

Karin Jan-Pyer indi mətbuat katibinin birinci müavini və Prezidentin köməkçisinin müavini vəzifəsini tutur.

“Karin təkcə bu çətin iş üçün tələb olunan təcrübəyə, bacarığa və dürüstlüyə malik deyil, o, həm də Amerika xalqı adından Bayden-Harris administrasiyasının işi haqqında informasiyanın yayılmasında yol göstərməyə davam edəcək. Cill və mən Karini çoxdan tanıyırıq və ona hörmət edirik və o, mənim və bu administrasiya üçün danışan güclü səs olacaq”, – Amerika Prezidenti bildirib.

Bayden, həmçinin Psakiyə işinə görə təşəkkür edib. “Mən Cenə ölkəyə göstərdiyi xidmətə görə təşəkkür edirəm və irəliləyişində ona ən yaxşısını arzulayıram”, – o deyib.

MƏNBƏThe White House
Öncəki xəbərAzərbaycanla BMT arasında “Mədəniyyət naminə sülh” qlobal çağırışının fəaliyyət planı imzalanıb
Sonrakı xəbərBaş Qərargah rəisi Kərim Vəliyev Kəlbəcər rayonunda oldu
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın