Havay adalarında bunun üçün məşqlər edən ABŞ xüsusi təyinatlıları Krım yarımadasında Rusiyanın və Cənubi Çin dənizində Çinin müdafiəsini yarmağa hazırlaşır.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bunlar NATO veteranı, yunan hərbi ekspert Stavros Atlamazoqlounun məqaləsində vurğulanır.

Öz materialında müəllif ABŞ-ın Xüsusi Əməliyyatlar Komandanlığının (SOCOM) hesabatına istinad edib. Sənəddə bildirilir ki, müasir xüsusi təyinatlı qüvvələr bir sıra məqsədlərə uyğunlaşdırılmalıdır. Yaxın döyüşdə başqa ordu birləşmələrinin dəstəklənməsi və düşmən ərazisinin dərinliyindəki gizli obyektlərə sızmaq kimi özəlliklər bunlardan bəziləridir.

Müəllifin sözlərinə görə, ABŞ Xüsusi Əməliyyatlar Komandanlığının ən önəmli tapşırıqlarından biri A2/AD – sahildə yerləşdirilmiş gəmi əleyhinə raketlərin, operativ-taktiki raket komplekslərinin, radiolokasiya stansiyalarının və HHM sistemlərinin yerini müəyyən etmək və məhv etməkdir.

“Xüsusi Əməliyyatlar Komandanlığı Krımda Rusiyanın, Cənubi Çin dənizi rayonunda isə Çinin A2/AD sistemlərinin məhv edilməsində mərkəzi rol oynayacaq”, – deyə hərbi ekspert bildirib.

ABŞ-ın xüsusi operatorları son 20 ildə terrorçulara və qiyamçı qruplara qarşı mübarizədə önəmli rol oynayıb.

İndi Pentaqon Çin və Rusiya kimi oxşar silahlanması, ya da yaxın gücdə olan orduya qarşı münaqişəyə hazırlamağa diqqət yetirir. Bunun üçün xüsusi əməliyyatlar icması tamamilə fərqli bir müharibə növündə aktual qalmağın yollarını axtarır.

Ordunun xüsusi əməliyyat bölmələri xüsusilə narahatdır, çünki onlar ABŞ Xüsusi Əməliyyatlar Komandanlığının hissələrinin əksəriyyətini təşkil edir.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın