“Məişət zorakılığının qarşısının alınması haqqında” əlli qanun da qəbul eləsəniz, zorakılığın qarşısını ala bilməyəcəksiniz”.

YALAN.info bildirir ki, APA-nın xəbərinə görə, bu sözləri Azərbaycan Respublikası Milli Məclisinin bu gün keçirilən toplantısında deputat Aqil Abbas deyib.

Millət vəkili bildirib ki, Avropadan, xaricdə fondlar kütləvi şəkildə pul buraxırlar ki, Azərbaycanda insanların əxlaqını pozsunlar:

“Azərbaycan televiziyalarında məişət zorakılığı, əxlaqsızlıq təbliğ olunur. Bunun qarşısını heç kim ala bilmir, parlament də ala bilmir. Televiziyalarda, elə bil, it boğuşdururlar, əri arvadla dalaşdırırlar, ərini qoyub, onun qardaşıyla qaçır. Bunlar istisna hallardır. Ancaq bu, təbliğatdır. Baxanlar deyirlər ki, mən niyə etməyim?! Bunun qarşısı alınmalıdır”.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın