Dünya Taekvondo 2013-cü ildə Rusiya Federasiyasının prezidenti Vladimir Putinə verilmiş fəxri 9-cu dan qara kəməri geri götürüb.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bununla bağlı Dünya Taekvondo (World Taekwondo) federasiyasının rəsmi saytı xəbər verib.

“Barış qələbədən daha dəyərlidir” (Peace is More Precious than Triumph) kimi düşünən Dünya Taekvondo, Ukraynada günahsız insanların həyatına edilən vəhşi hücumları qəti şəkildə pisləyir. “Dünya Taekvondo Ukrayna xalqının yanındadır və biz bu müharibənin sülh yolu ilə və dərhal başa çatmasına ümid edirik”, – federasiyanın bəyanatında deyilir.

Eyni zamanda bildirilib ki, Beynəlxalq Olimpiya Komitəsi (BOK) ilə həmrəylik çərçivəsində Federasiyanın təşkilatçılığı ilə keçirilən tədbirlərdə Rusiya və Belarusun dövlət bayraqları və himnlərindən istifadə edilməyəcək. Bundan başqa, bu dövlətlərin ərazisində beynəlxalq yarışlar keçirilməyəcək.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın