Amerika Birləşmiş Ştatları İtaliyadan Baltikyanı ölkələrə 800-ə qədər hərbçi, eləcə də Almaniyadan NATO-nun şərq cinahına səkkiz “F-35” qırıcısı yerləşdirəcək.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bunu ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) sözçüsü Con Kirbi (John Kirby) deyib.

Onun sözlərinə görə, ABŞ prezidenti Cozef Bayden Pentaqona Avropadakı güclərin bir hissəsinin yerini dəyişməklə bağlı tapşırıq verib:

“Onların arasında İtaliyadan Baltik regionuna yerləşdiriləcək təxminən 800 nəfərlik piyada batalyonunun xüsusi təyinatlı qrupu da var. Almaniyadan isə NATO-nun şərq cinahına səkkiz F-35 və başqa təyyarələr yerləşdiriləcək”.

MƏNBƏReport informasiya agentliyi
Öncəki xəbərZelenski Ukraynada fövqəladə vəziyyətin tətbiqi ilə bağlı fərman imzalayıb
Sonrakı xəbərAB Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın