Dekabrın 10-da Moskva şəhərində Azərbaycan, Türkiyə, İran, Ermənistan və Rusiyanın iştirakı ilə “3+3” formatında keçilən regional platformanın ilk toplantısı başa çatıb.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı Rusiya Xarici İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, toplantıda çoxşaxəli regional əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib.

Regional platformanın işini onun bütün iştirakçılarının maraqlarına cavab verən praktiki məsələlərə yönəltmək razılaşdırılıb. Bunlara etimadın artırılması, ticarət-iqtisadi, nəqliyyat, mədəni və humanitar sahələrdə qarşılıqlı fəaliyyət, ümumi təhdidlərə qarşı mübarizə tədbirləri daxildir.

Beş ölkənin nümayəndələri Gürcüstanın platformaya qoşulmaqda maraqlı olduqlarını bildiriblər. Uyğun nazirlik və idarələrin mümkün iştirakı ilə gələcək addımlar, eləcə də iş planları müzakirə edilib.

Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov “3+3 platforması”nın Moskvadakı ilk toplantısından sonra növbəti müzakirələrin ən azı ildə iki dəfə olmaqla, rotasiya əsasında hər dəfə bir iştirakçı ölkədə keçiriləcəyini bildirib.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın