Avropa Birliyi (AB) ölkələri yekdilliklə Rusiyaya qarşı sanksiyalar paketini qəbul edib.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, Donbasın müstəqilliyinə səs verən Dövlət Dumasının 351 deputatı AB-nin qara siyahısına salınıb.

AB, həmçinin Rusiyanın Donbasdakı əməliyyatlarını maliyyələşdirən bank və təşkilatlar da daxil olmaqla 27 fiziki və hüquqi şəxsi qara siyahıya salıb. Həmçinin Rusiyanın dövlət borcuna qarşı sanksiyalar tətbiq edilib, onun AB-nin kapital və maliyyə bazarlarına çıxışı məhdudlaşdırılıb.

Yada salaq ki, 2022-ci ilin fevralın 21-də Rusiya Prezidenti Vladimir Putin xalqa müraciətində Ukraynanın Donbas ərazisində yaradılan iki qondarma respublikanı tanıdığını bildirib. O, bununla bağlı fərman imzalayıb.

Dünya liderləri, qərb ölkələri, o cümlədən Türkiyə və Gürcüstan Rusiyanın bu addımını pisləyib və bunun beynəlxalq hüquqa zidd olduğunu açıqlayıblar. Azərbaycan da daxil olmaqla, BMT üzvlərinin mütləq əksəriyyəti Krım yarımadası və Donbası Ukraynanın ərazisi olaraq tanıyır.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın