“Gələcəkdə Ukrayna mütləq “F-16” qırıcıları və ya başqa IV nəsil təyyarələri almalıdır, ancaq indi tərəfdaşlar hava hücumundan müdafiə sistemlərinin, raketlərin və zirehli texnikanın ötürülməsinə diqqət yetirməlidirlər”.

YALAN.info bildirir ki, bunu Pentaqon (ABŞ-nin Müdafiə Nazirliyi) başçısı Lloyd Ostin (Lloyd Austin) deyib.

“F16-ya gəlincə: əgər belə bir qərar verilərsə, o zaman onların təhvili təxminən 18 ay çəkəcək. Lakin bu, Ukrayna Silahlı Qüvvələrinə hərbi əməliyyatların indiki mərhələsində kömək etməyəcək. Ukraynalılar gələcəkdə nə vaxtsa belə qabiliyyətlərə sahib ola bilərlərmi? Hamımız düşünürük – bəli” – deyə, o bildirib.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın