ABŞ-ın Texas ştatında Kervill şəhərində düz xətt üzrə “Drag racing” avtomobil yarışı faciə ilə sona çatıb.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bununla bağlı yerli polis məlumat yayıb.

Şəhər hava limanının uçuş-enmə zolağında keçirilən toplantı zamanı rəqiblərdən birinin avtomobili idarəetməni itirərək yaxınlıqda dayanmış tamaşaçıların avtomobillərinə çırpılıb.

Qəza nəticəsində 6 yaşlı uşaq yerindəcə ölüb, 8 yaşlı uşaq isə Kervilldəki “Peterson” Regional Tibb Mərkəzinə aparılsa da onun həyatını xilas etmək mümkün olmayıb.

Daha 8 nəfərin yaralandığı bildirilib. Yaralılardan iki kişi və iki qadının xəsarətləri ağır olduğundan təyyarə ilə yerli xəstəxanalara çatdırılıb.

Polis hadisənin səbəblərini araşdırır.

2 children dead, at least 8 injured after car ‘lost control’ at Kerrville drag race, authorities say
Öncəki xəbərÖzbəkistanda növbəti prezident seçkiləri baş tutub
Sonrakı xəbərDiana Əhədpur: Fərqi yoxdur cavan deyil, yaşlıdır, əsas pulu çox olsun
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın