Özbəkistanda bu gün keçirilən prezident seçkilərinin nəticələrinə əsasən, seçki məntəqələri bağlanana qədər seçici fəallığı 80,8 % olub.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı xarici mətbuata istinadən bildirir ki, bununla bağlı Özbəkistan MSK-nın sədri Zayniddin Nizamxocayev bildirib.

“Seçici fəallığını qeydə alan elektron sistemə görə, saat 20:00-da (Bakı vaxtı ilə saat 19:00) 16 036 914 nəfər, ya da toplam siyahının 80,8 %-i seçki məntəqələrinə gəlib”, – Nizamxocayev deyib.

Qeyd edək ki, səsvermə bu gün saat 08:00-da (Bakı vaxtı ilə saat 07:00-da) başlayıb və saat 20:00-a (Bakı vaxtı ilə 19:00) qədər davam edib. Seçici fəallığı tələb olunan 33 %-i keçib və seçkilər baş tutmuş elan olunur.

Yenilənmiş məlumatlara görə, Özbəkistanda səsvermə hüququ olan 19,86 milyon seçici var.

Prezident postu uğrunda mübarizəyə Özbəkistan Liberal-Demokrat Partiyasından indiki Prezident Şavkat Mirziyoyev, Milli Dirçəliş Demokratik Partiyasından Əlişir Kadırov, Ekoloji Partiyadan Narzulla Oblomuradov, “Ədalət” Sosial-Demokrat Partiyasından Baxrom Abduxalimov və Xalq-Demokratik Partiyasından Maqsuda Vorisova qatılıblar.

Özbəkistan qanunlarına görə, yalnız siyasi partiyaların liderləri və nümayəndələri prezident seçkilərində iştirak edə bilərlər.

Özbəkistanda son prezident seçkiləri 2016-ci ilin dekabrında keçirilib və Şavkat Mirziyoyev seçicilərin 88,61 faizinin səsini toplayıb.

Özbəkistanda prezident 5 il müddətinə seçilir.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın