Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antoniu Quterreş Azərbaycan, Rusiya və Ermənistanın üçtərəfli görüşünün keçirilməsini alqışlayır.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bunu Quterreşin rəsmi nümayəndəsinin müavini Fərhan Haq deyib.

“BMT-nin Baş katibi noyabrın 26-da Azərbaycan, Rusiya və Ermənistan liderlərinin üçtərəfli görüşünü alqışlayır, həmçinin Rusiyanın təmasların və dialoqun davam etdirilməsindəki rolunu təqdir edir. Quterreş Azərbaycan və Ermənistanı bütün mövcud formatlardan istifadə etməklə, o cümlədən ATƏT Minsk Qrupu çərçivəsində qalan məsələləri həll etməyə çağırır”, – Haq bildirib.

BMT rəsmisi qeyd edib ki, təşkilat Azərbaycan və Ermənistan arasında sülhün bərqərar edilməsinə, o cümlədən humanitar yardım və yenidənqurma məsələlərinə kömək göstərməyə hazırdır.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın