İsrailin Ariel Universitetinin alimləri koronavirusu (COVID-19) iki saniyə ərzində məhv etməyin yolunu tapıblar.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, araşdırmanın nəticələri Environmental Chemistry Letters dərgisində yayımlanıb.

Mütəxəssislər uzunluğu bir millimetrdən on millimetrə qədər olan radiodalğaların infeksiyaya təsirini araşdırıb və radiasiyanın virusu iki saniyəyə öldürə biləcəyini müəyyən ediblər.

Bu tip radiasiyanın təxminən üç millimetr dalğa uzunluğu var. Müqayisə üçün deyək ki, mobil telefondan gələn şüalanmanın dalğası təqribən 30 santimetr, mikrodalğalı şüalanma isə təxminən 12 santimetrdir.

Millimetr dalğaları tibbdə, özəlliklə də xərçəng hüceyrələri ilə mübarizədə geniş istifadə olunur. Alimlər qeyd ediblər ki, belə dalğalar temperaturu yüksəltməyə qadirdir, bu da onlara virus hissəciklərini öldürməyə imkan verir.

Araşdırmanın müəllifləri bu üsulun insan orqanizmində infeksiyaya qarşı mübarizədə istifadə oluna biləcəyinə şübhə ilə yanaşırlar, ancaq eyni zamanda, onun daha sürətli işlədiyini vurğulayırlar: cəmi iki saniyə ərzində virus hissəciklərinin 99,8 %-ni məhv edir.

Alimlər yeni texnologiyanı poliovirus üzərində sınaqdan keçiriblər və koronavirusla eyni effektivliyə nail olublar.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın