44 günlük Vətən Müharibəsi dövründə Azərbaycanda yaşanan erməni terrorunu həssaslıqla dünyaya çatdıran jurnalist Fulya Öztürk haqqında çəkilən “Fulya” sənədli filmi bu gündən başlayaraq kinoteatrlarda göstərilir.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, “AzərbaycanFilm” kinostudiyası və Türkiyənin “Dada Yapım” şirkətinin birgə istehsalı olan “Fulya” filmi müharibənin acı həqiqətlərini Fulya Öztürk vasitəsilə dünyaya çatdırır.

Filmin ssenari müəllifi və rejissoru Tahir Tahiroviç, təsvir rejissoru Cengizhan Durmaz, prodüserlər Fariz Əhmədov və Özcan Dadadır. Çəkilişləri Gəncə, Bərdə, Tərtər, Ağdam, Şuşa və Bakıda aparılıb.

Öz xidməti vəzifələrini yerinə yetirən türkiyəli jurnalist Fulya Öztürk və operator Xəlil Qəhrəmanın yaşadıqlarından danışan “Fulya” sənədli filminin müddəti 80 dəqiqədir və 16 yaşdan yuxarı şəxslər üçün nəzərdə tutulub.

“Fulya” sənədli filminin tarixi əhəmiyyətindən danışan ekran əsərinin əsas qəhrəmanı Fulya Öztürk deyib:

“Bu sənədli filmdə ən önəmli səhnə mənim həmin gecə Gəncədə gördüyüm o körpənin görüntüləridir. Bu kadrlar ilə bütün dünya Ermənistanın körpə qatili olduğunu gördü”.

Telejurnalist Fulya Öztürk diqqətə çatdırıb ki, filmdəki səhnələr hər zaman işğalçı Ermənistanın Azərbaycana qarşı törətdiyi terror aktlarına şahidlik edəcək.

Fulya | Fragman

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın