Türkiyəli tarixçi, deputat Xəlil Özşavlı İngiltərə arxivlərində Mustafa Kamal Atatürkün 98 il bundan qabaq “Le Temps” qəzetinin jurnalisti Paul Gentizona verdiyi və bu günə qədər işıq üzü görməmiş müsahibəsini üzə çıxarıb.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, tarixçinin sözlərinə görə, müsahibə 1923-cü ilin fevralın 12-də götürülüb. X.Özşavlı apardığı araşdırmalar zamanı müsahibənin “Le Temps” qəzeti də daxil olmaqla heç bir yerdə yayımlanmadığını müəyyən edib.

“Kapitulyasiyaları heç bir şərtlə qəbul etməyəcəyimizi, müstəqilliyimiz üçün savaşdığımız dörd il boyunca hər zaman ifadə etdim. Fransızların bu mövzuda başqa hər kəsdən daha barışmaz olması məni təəccübləndirdi. Şəxsimin və ölkəmin Fransaya qarşı hiss etdiyi duyğular dostyanadır. Fransa hökuməti müstəqilliyimizi təhlükə altına alacaq şərtləri qəbul etməyimiz üçün təkid etsə, biz bu təkidin dostyana olduğunu qəbul edə bilmərik.

Yeni Türkiyə başqa millətlər kimi yaşamaq istəyir. Biz yeni Türkiyənin ikinci bir Çin, ya da koloniya kimi qəbul edilməsinə qarşıyıq. Biz kölə olmayacağıq. Fəaliyyətlərimizi hərəkətə gətirən tək şey tam müstəqilliyə olan tələbimizdir. Fransa xalqı mövqeyimizin başqa bir motivasiyası olduğunu düşünməməlidir. Fransa ilə yaxşı münasibətlər qurmaq istəyirik, çünki iki ölkənin bir çox ortaq maraqları var. Bunlar qarşılıqlı münasibətlərə çevrilsə, bu ən faydalısı olacaq. Əgər olmasa sonsuz çətinliklər mövcud olacaq”, – deyə Mustafa Kamal Atatürk müsahibəsində bildirib.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın