Rihannanın yeni açıq-saçıq, silah, ölüm və gecə klublarından səhnələrlə dolu klipi rekord vurub. Müğənninin YouTube saytındakı rəsmi VEVO video kanalına yüklənən “Needed Me” mahnısının klipi altı gün ərzində 12 milyondan çox baxış sayı yığıb. Onun bu mahnısı “Anti” adlı albomuna daxil edilib.

Barbadoslu ulduzun klipində qalmaqallı və açıq-saçıq səhnələr yer alıb. Klipdə qanqsterin sevgilisinə xəyanət etməsi təsvir olunub. Rihanna Needed me mahnısına çəkilmiş videoda tapança ilə sevgilisini öldürən təsvir olunub.

İfaçının bu klipinə yaşı 18-dən az olanlara baxmaq məsləhət görülmür.


Rihanna – Needed Me

Rihanna 2005-ci ildə ilk dəfə “Pon de Replay” adlı albomunu çıxarıb. Albom “Billboard Hot 100”-də 2-ci sıraya qədər yüksəlib və böyük uğurlar əldə edib. 2006-cı ildə isə “A Girl Like Me” adını verdiyi ikinci albomunu çıxarıb. Bu albom sayəsində bir çox mükafat alıb və albomdakı “SOS” mahnısı “Billboard Hot 100″-də 1 nömrəyə qədər yüksəlib.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın