İsveç NATO-ya (Şimali Atlantika Alyansına) qoşulmaqla bağlı Türkiyədən heç bir dəstək gözləməsin.

YALAN.info bildirir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabineti toplantısı sonrası mətbuata açıqlama verərkən deyib.

“Fərdin hüquq və azadlıqlarının həddi başqa insanların hüquq və azadlıqlarının başladığı yerə qədərdir. Bu anlayışa görə, heç bir şəxsin nə müsəlmanların, nə də başqa din mənsublarının müqəddəsləri alçaltmaq və dindarları incitmək azadlığı yoxdur. İsveçdə baş verən çirkin hərəkət insan hüquq və azadlıqlarına hörmət edən hər kəsə, özəlliklə də müsəlmanlara qarşı təhqirdir. Bizim buna qarşı çıxmağımız həm dini, həm də milli məsələdir”, – deyə dövlət başçısı bildirib.

Onu sözlərinə görə, bu hiddətə göz yumanlar, şübhəsiz ki, nəticələrini hesablayıblar.

“Aydındır ki, bu cür təhqirlərə yol verənlər NATO ilə bağlı bizdən heç bir dəstək gözləməsinlər. Əgər bu qədər hüquq və azadlıqlara hörmət edirsinizsə, müsəlmanların dini inancına da hörmət edəcəksiniz. Bu hörməti göstərməsəniz, NATO-ya daxil olmaq prosesində bizdən dəstək görməyəcəksiniz”, – Ərdoğan vurğulayıb.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın