Rəsul Çunayev reytinq siyahısında birincidir

Dünya Güləş Birliyi 2016-cı ilin yanvar ayında keçirilən yarışların nəticəsinə əsasən, yunan-Roma güləşi üzrə yeni reytinq siyasını açıqlayıb.

Gün.Az-a Azərbaycan Güləş Federasiyasından verilən məlumata görə, Yunan-Roma güləşi üzrə reytinq siyahısında ötən ay yer alan 12 güləşçimizin mövqeyində dəyişiklik baş verməyib. Avropa Oyunlarının qızıl medalçısı, Las Veqasda keçirilən Dünya çempionluğuna yiyələnən Rəsul Çunayev reytinqdəki liderliyini saxlayıb.

Mövqeyini dəyişməyən daha bir güləşçimiz son Dünya çempionatının gümüş medalçısı Rövşən Bayramov olub. O reytinqdə ikinci sıradadır. Öz çəkisində reytinqin ikincisi olan digər bir güləşçimiz isə Saman Təhmasibidir. Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş Qızıl Qran Pri beynəlxalq turnirinin final mərhələsinin qalibi olan Sabah Şəriəti də reytinqdəki mövqeyini saxlayıb.

Bundan başqa, daha 4 yunan-Roma güləşçimiz ilk onluqda mövqelərini qoruyub. Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş Qızıl Qran Pri beynəlxalq turnirinin final mərhələsinin mükafatçıları Elvin Mürsəliyev (75 kq) və Rafiq Hüseynov (80 kq) 6-cı, Həsən Əliyev (66 kq) 9-cu, İslam Abbasov (85 kq) isə 10-cu sıradadır.

59 kq

2. Rövşən Bayramov – Dünya çempionatı 2-ci yer (2)

12. Elman Muxtarov – Avropa Oyunları 3-cü yer (12)

66 kq

9. Həsən Əliyev – Qızıl Qran Pri 3-cü yer (12)

18. Kamran Məmmədov – Qızıl Qran Pri 2-ci yer (nr)

71 kq

1. Rəsul Çunayev – Dünya çempionatı 1-ci yer (1)

75 kq

6. Elvin Mürsəliyev – Qızıl Qran Pri 3-cü yer (5)

80 kq

6. Rafiq Hüseynov – Qızıl Qran Pri 2-ci yer (2)

85 kq

2. Saman Təhmasibi – Dünya çempionatı 3-cü yer (4)

10. İslam Abbasov – Qızıl Qran Pri 3-cü yer (13)

98 kq

17. Şalva Qadabadze – Qızıl Qran Pri 1-ci yer (nr)

18. Orxan Nuriyev – Paris Qran Pri turniri 3-cü yer (18)

130 kq

4. Sabah Şəriəti – Qızıl Qran Pri 1-ci yer (5)

Buna Oxşar Xəbərlərdən:

YALAN.info

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

Bu Xəbərləri də Bəyənəcəksiniz

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir