Novak Cokoviç 2016-nın Ən Yaxşı İdmançısı Seçildi

Almaniyanın paytaxtı Berlində “Laureus 2016” idman mükafatının təqdimetmə mərasimi keçirilib. Mərasimdə ilin ən yaxşı idmançısı, komandası seçilib. İlin ən yaxşı kişi idmançısı adına serbiyalı tennisçi Novak Cokoviç (Novak Djokovic) layiq görülüb.

Tennisçi səsvermədə yamaykalı atlet Hüseyn Bolt, argentinalı futbolçu Lionel Messi, ABŞ basketbolçusu Stef Karri, britaniyalı Formula 1 pilotu Luis Hemilton və amerikalı qolfçu Cordan Spiti qabaqlayıb.


Dünyanın Ən Yaxşı İdmançısı – Novak Cokoviç

Serb tennisçi Novak Cokoviç hal-hazırda dünyanın 1 nömrəli tennisçisidir. Novak Böyük Dəbilqə seriyalı tennis turniri qazanan ilk serb tennisçidir. 2008-ci il Indian Vells çempionu olub. 2007-ci ildə Federeri məğlub edə bilən bir neçə tennisçidən biri olub. Məhz 2007-ci ildən Cokoviç böyük turnirlərdə kuboklarını sadalamağa başladı.

2016-nın Ən Yaxşı Qadın İdmançısı Serena Uilyams oldu

İlin ən yaxşı qadın idmançısı adına isə amerikalı tennisçi Serena Uilyams (Serena Williams) seçilib. O, amerikalı üzgüçü Keti Ledeki, futbolçu Karli Lloydu, efiopiyalı yüngül atletika idmançısı Qenzebe Dibabanı, avstriyalı dağ xizəkçisi Anna Fenninqeri və yamaykalı Şelli En Frayzer Praysı geridə qoyub.

Serena Williams Laureus 2016 mükafatını qazandı
Serena Williams Laureus 2016 mükafatını qazandı

Qolden Steyt Uorriorz – İlin Ən Yaxşı İdman Komandası

İlin ən yaxşı komandası isə Yeni Zenlandiyanın reqbi üzrə yığma millisi seçilib. Reqbiçilər ilə “Barselona” futbol klubu, ABŞ-ın futbol üzrə yığma komandası, NBA-da iştirak edən “Qolden Steyt Uorriorz” (Golden State Warriors) basketbol klubu, Formula 1-də “Mercedes” komadası və Böyük Britaniyanın kişi tennis yığması mübarizə aparıb.

 

Buna Oxşar Xəbərlərdən:

YALAN.info

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

Bu xəbəri də oxuyun

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir