Gələn mövsümdən “Mançester Yunayted”i çalışdıracaq Joze Mourinyonun (José Mourinho) hədəfində olan ilk futbolçunun adı açıqlanıb. ANS PRESS-in məlumatına görə, portuqaliyalı mütəxəssis rəhbərlikdən Zlatan İbrahimoviçin (Zlatan Ibrahimović) transferini istəyib.

Dəfələrlə İngiltərədə oynamaq istədiyini bildirən Zlatananın artıq yayda PSJ-dən ayrılacağı dəqiqləşib. İndi “Mançester Yunayted” rəhbərliyi onun komandanın fomrasını geyinməyə razı salmalıdır.

Zlatan Ibrahimoviç (Zlatan Ibrahimović)
Zlatan Ibrahimoviç (Zlatan Ibrahimović)

İbrahimoviç İsveçdə “Malmö”, Hollanliyada “Ayaks”, İtaliyada “Yuventus”, “İnter”, “Milan”, İspaniyada “Barselona” və Fransada PSJ-nin formasını geyinib. Karyerası ərzində 28 kubok qazanan futbolçu 4 ölkədə çempionluq sevinci yaşayıb.

Mourinyonun “Mançester Yunayted” (Manchester United) klubu ilə 3 illik müqavilə imzalayacağı bildirilir. O, klubun baş məşqçisi postunda Luis van Qaalı əvəz edəcək. Hazırki baş məşqçi Van Qaal isə mövsüm başa çatan kimi vəzifəsini təhvil verəcək. Luis Van Qaal 2014-cü ildən “Mançester Yunayted”in baş məşqçisi kimi çalışır. Onun çalışdırdığı London nəhəngi 33 turdan sonra İngiltərə çempionatında 56 xalla 5-ci yeri tutur. Komanda artıq Çempionlar Liqası və Avropa Liqasında çıxışını dayandırıb.

Mançester Mourinyonun məşqçilik karyerasında ikinci ingilis klubu olacaq. O, əvvəllər Londonun “Çelsi” klubuna başçılıq edib və klubla,  dəfələrlə böyük uğurlar əldə edib. Belə ki, o, “Çelsi” komandası ilə 3 dəfə İngiltərə çempionluğu, 1 dəfə ölkə kubokunu əldə edib. Lakin 2015-cü ilin dekabrında istefaya göndərilib.

Öncəki xəbərBakı Metropoliteninin Daha 2 Stansiyasının Açılışı Oldu
Sonrakı xəbərNovak Cokoviç 2016-nın Ən Yaxşı İdmançısı Seçildi
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın