Kəpəzin Baş Məşqçisi Yunis Hüseynov: Gəncənin Komandası Gəncədə Olmalıdır

Kəpəz PFK-nun baş məşqçisi Yunis Hüseynov komandanın bu gün Gəncə şəhər stadionunda keçirdiyi açıq məşqdən öncə Reportun Qərb bölməsinin suallarını cavablandırıb. YALAN.info Online Xəbərlər və İnformasiya Saytı həmin müsahibəni oxucuların diqqətinə çatdırır.

– Açıq məşqin təşəbbüskarı sizsiniz, yoxsa rəhbərlik?

– Azarkeşlərin məşqlərə baxmasına heç vaxt etiraz etməmişəm. Məndən öncə də Kəpəzin məşqləri azarkeşlər və mətbuat üçün açıq olub. Özüm başqa komandalarda çalışanda da bu cür olub. Əvvəl rəhbərlik etdiyim 3 kollektivin hamısında hazırlıq prosesi hər kəsə açıq olub.

– Sabah Qəbələ ilə keçirəcəyiniz Azərbaycan Premyer Liqasının XIII tur oyununa hazırlıq necə gedir?

– Hazırlığımız normaldır, əhval-ruhiyyə yaxşıdır. Əsas budur. Heyətdə zədəlilər var. Viktor Oseqeyl ötən tur Səbaillə görüşdə sıradan çıxıb. Həmçinin, Dedimar Fereyra qırmızı, kapitan Şəhriyar Rəhimov isə sarı vərəqə cəzalısıdır. Məhəmməd Qurbanovun ayağında problem vardı, dünən istirahət verdim. Bu gün məşq etdi, heç bir sıxıntısı yoxdur.

– Artıq komanda ilə tanış olmusunuz. Kəpəzin sonuncu yerdə olmasının səbəblərini tapa bilmisiniz?

– Onu heç bir baş məşqçi tapa bilməz. Bilirsiniz niyə? Hər bir mütəxəssisin özünün futbola baxışı var. Şahin müəllimin də (Kəpəzin keçmiş baş məşqçisi Şahin Diniyevi deyir – red.) tam başqa bir yanaşması olub. Məndə isə başqadır. Eyni baxışda ola bilmərik. Bu komandanı Diniyev yığmışdı. Elə oyunlar vardı ki, Kəpəz udmalı idi. Komandanın bütün oyunlarına baxmışam. Bəzən bəxtləri gətirməyib, bəzən udmalı olduqları halda, uduzublar. Futbolda belə hallar olur. Ona görə də Kəpəzi bu durumdan çıxarmaq üçün çalışamaq gərəkdir. Uşaqlara inanıram, hamısı can-başla məşq edir. Yəqin ki, bu ağır durumdan çıxarıq.

– Durumu dəyişmək üçün nələr edəcəksiniz?

– Komandaya əlavə futbolçular gərəkdir. Desəm ki, qış fasiləsində futbolçuları yığıb gətirəcəyik və durumu düzəldəcəyik, bu da yalan olar. Çünki qış fasiləsində oyunçu olmur, hamısının anlaşması var. Sözləşməsinin müddəti bitənlər yayda olur. Bununla belə, komandaya yardım üçün 2-3 futbolçu tapmağa çalışacağıq.

– Kəpəz indi sonuncu yerdə getsə də da, bu mövsümdəki iki qələbəsindən birini elə Qəbələ üzərində qazanıb. Bu, sizin üçün əlavə basqı yaratmır?

– Yox, niyə basqı olur ki?! Heç bir problem yoxdur. Qəbələ deyil, başqası olsun, bizim üçün fərqi yoxdur. Meydanda 90 dəqiqə vuruşmaq gərəkdir. Ancaq bunu düşünürük.

– Kəpəz kimi komandanın Bakıda məşq edib, oyundan-oyuna Gəncəyə gəlməsi yaxşı hal deyil. Qış fasiləsindən sonra komandanın birdəfəlik doğma şəhərə köçməsi ola bilərmi?

– İnanırıq. Gül kimi bazamız var. Sadəcə, təmir etmək gərəkdir. Rəhbərlik bu məsələ həllini tapacağına söz verib. Biz də istəyirik ki, Kəpəzi Gəncəyə gətirək. Gəncənin komandası Gəncədə olmalıdır. Həmişə bunun tərəfdarı olmuşam ki, komanda təmsil olduğu şəhərdə məşq edib, oynamalıdır. Bazamızı təmir edib, komandanı bura köçürtmək istəyirik.

 

Buna Oxşar Xəbərlərdən:

YALAN.info

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

Bu xəbəri də oxuyun

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir