İspaniyanın Palme-de-Mayorka şəhərində keçirilən FIDE Qran Prisinin son mərhələsində Azərbaycanlı qrossmeyster Teymur Rəcəbov İddiaçılar Turnirinə çıxa bilmək üçün şanslarını qoruyur. Hər şey bu gün keçiriləcək sonuncu, 9-cu turda həll olunacaq.

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı bildirir ki, şahmatçımız 2 ardıcıl qələbədən sonra turnir cədvəlində liderlərə qoşulub. Berlində keçiriləcək İddiaçılar Turnirində Şəhriyar Məmmədyarova qoşulması üçün Teymura son turda qələbə lazımdır.

Palme-de-Mayorka | 8-ci Turun Nəticələri

Soyad, Ad Reytinq Xallar Nəticə Xallar Soyad, Ad Reytinq
GM Aronian Levon 2801 ½ – ½ 4 GM Tomashevsky Evgeny 2702
GM Nakamura Hikaru 2780 4 ½ – ½ 4 GM Harikrishna P. 2738
GM Svidler Peter 2763 4 ½ – ½ 4 GM Ding Liren 2774
GM Rapport Richard 2692 4 ½ – ½ 4 GM Jakovenko Dmitry 2721
GM Inarkiev Ernesto 2683 ½ – ½ 4 GM Vachier-Lagrave Maxime 2796
GM Vallejo Pons Francisco 2705 3 ½ – ½ GM Eljanov Pavel 2707
GM Li Chao B 2741 1 – 0 GM Giri Anish 2762
GM Gelfand Boris 2719 0 – 1 GM Radjabov Teimour 2741
GM Hammer Jon Ludvig 2629 2 ½ – ½ GM Riazantsev Alexander 2651

Palme-de-Mayorka | 8-ci Turdan Sonra Turnir Cədvəli

Yer SN Soyad, Ad Reytinq Xal O/Rtq rtq+/-
1 1 GM Aronian Levon 2801 5,0 2832 2,9
2 2 GM Vachier-Lagrave Maxime 2796 4,5 2787 -0,8
3 GM Nakamura Hikaru 2780 4,5 2786 0,9
4 GM Ding Liren 2774 4,5 2775 0,3
5 GM Svidler Peter 2763 4,5 2782 2,4
8 GM Radjabov Teimour 2741 4,5 2768 3,3
9 GM Harikrishna P. 2738 4,5 2763 2,9
10 GM Jakovenko Dmitry 2721 4,5 2780 6,7
14 GM Tomashevsky Evgeny 2702 4,5 2788 9,8
15 GM Rapport Richard 2692 4,5 2759 7,6
11 12 GM Eljanov Pavel 2707 4,0 2725 2,0
16 GM Inarkiev Ernesto 2683 4,0 2748 7,0
13 6 GM Giri Anish 2762 3,5 2697 -7,5
7 GM Li Chao B 2741 3,5 2662 -9,0
13 GM Vallejo Pons Francisco 2705 3,5 2674 -3,6
16 17 GM Riazantsev Alexander 2651 3,0 2631 -2,7
17 11 GM Gelfand Boris 2719 2,5 2564 -16,5
18 GM Hammer Jon Ludvig 2629 2,5 2574 -5,7

Son turdakı qarşılaşmalar: Nakamura – Aronian; Vachier-Lagrave – Jakovenko; Tomashevsky – Ding; Harikrishna – Svidler; Radjabov – Rapport; Eljanov – Gelfand; Hammer – Inarkiev; Giri – Vallejo; Riazantsev – Li.

Palme-de-Mayorka şəhərində keçirilən FIDE Qran Prisi noyarbrın 16-25-də (sadəcə bir gün, 21 noyabr – istirahət) İberostar Kristina otelində keçirilir. İsveç sistemi ilə keçirilən turnirdə 18 qrossmeyster 9 turda yarışırlar. Mükafat fondu 130,000 Avrodur (€), haradasa – 152,892 ABŞ dolları ($).

Hər oyuna ilk 40 gediş üçün 100 dəqiqə , sonrakı 20 gediş üçün 50 dəqiqə verilir. Əgər oyun uzanarsa qalan gedişlər toplam 15 dəqiqə və ilk gedişdən başlayaraq hər gedişə əlavə 30 saniyə vaxt verilir.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın