Fənərbaxçanın ulduz futbolçusu Mehmet Topal komandadan ayrıla bilər. ANS PRESS-in məlumatına görə, təcrübəli yarımmüdafiəçi karyerasını yenidən Qalatasarayda davam etdirməyə çox yaxındır.

Bunu açıqlamasında “sarı-qırmızılar”ın vitse-prezidenti Çengiz Özyalçın deyib. Klub rəsmisi məsələyə belə aydınlıq gətirib: “Mehmet bizim keçmiş futbolçumuzdur. Onun yenidən komandaya cəlb etmək üçün işlərin 50 faizini geridə qoymuşuq. O, Fənərbaxça ilə müqavilənin müddətini yeniləməsə, seçimi Qalatasaray olacaq”.

Mart ayında Fənərbaxçanın yarımmüdafiəçisi Mehmet Topal Avropada ən yaxşı oyunçu seçilib. Avropa Liqasında bu həftənin ən yaxşı futbolçusu müəyyənləşib. Türkiyə yığmasının futbolçusu UEFA tərəfindən seçilib. O, qitənin ali futbol qurumunun saytında  keçirilən səsvermədə azarkeşlərdən 94 faiz səs toplayıb.

Məlumatda bildirilir ki, M.Topalın Fənərbaxça ilə Braqa qarşılaşmasında qol vurması komandaya böyük kömək edib. Əlavə olunub ki, yarımmüdafiəçi Lokomotiv Moskva qarşılaşmasında da çox vacib qol vurub. Onun Rusiya təmsilçisinə vurduğu qol komandasının növbəti mərhələyə adlamasına kömək edib.

30 yaşlı futbolçu 2006-2010-cu illər ərzində Qalatasarayın şərəfini qoruyub.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın