Futbol üzrə Dünya Çempionatının 2 ildən bir keçirilməsi FIFA-nın iqtisadi göstəricilərini yaxşılaşdıracaq.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bununla bağlı ali futbol qurumu – Beynəlxalq Futbol Federasiyaları Assosiasiyasının (FIFA) prezidenti Canni İnfantino (Gianni Infantino) jurnalistlərə açıqlama verib.

51 yaşlı funksioner bildirib ki, yeni format əlavə 4,4 milyard ABŞ dolları gəlir gətirəcək: “Bu isə maliyyələşdirməni ilk dörd illik dövr boyunca hər FIFA üzvü olan assosiasiya üçün orta hesabla potensial olaraq 25 milyon dollaradək artıracaq”.

Bundan başqa, FIFA büdcəsi 3,5 milyard ABŞ dolları olan Həmrəylik Fondu yaradacaq. Bu fonddan əldə olunan gəlirlər milli asosiasiyalar arasında bölüşdürüləcək və bu, beynəlxalq təqvimdəki dəyişikliklərlə bağlı hər hansı maliyyə problemini yumşaltmaq imkanı yaradacaq.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın