Azərbaycanlı yunan-Roma güləşçisi Rəsul Çunayev Türkiyənin İstanbul şəhərində 2016-cı il Rio-de Janeyro Yay Olimpiya Oyunlarına lisenziya xarakterli II Dünya Təsnifat Turnirində qalib gəlib.

66 kq çəkidə mübarizə aparan Rəsul Çunayev yarışa 1/16 final mərhələsindən başlayıb. İlk görüşdə Xorvatiyalı Dominik Etlingeri 19 saniyədə tam üstünlüklə (4-0) məğlub edib.


Rəsul Çunayevdən 19 saniyəlik qələbə

Pəhləvanımız ardınca Belarusdan Pavel Liax (9-7) və Polşadan David Kareçinski (6-1) ilə gərgin keçən qarşılaşmalardan da qalib ayrılıb. Yarımfinalda Fransa təmsilçisi erməni əsilli Artak Marqaryan üzərində 68 saniyə ərzində (8-0) qələbə qazanan Rəsul Çunayev finala yüksəlib və Rio Olimpiadasına vəsiqəni təmin edib.


Rəsul Çunayev erməni əsilli Fransa təmsilçisi Artak Marqaryanı 68 saniyəyə (8:0) məğlub edib

Bu güləşçilərimizin Rio-de Janeyro Olimpiya Oyunlarına qazandığı 14-cü vəsiqədir.

Final görüşündə güləşçimizin rəqibi Qırğızıstandan Asiya çempionu Ruslan Tsarev olub. 6:0 hesablı qələbə qazanan Rəsul Çunayev təsnifat turnirinin qızıl medalına yiyələnib.


Rəsul Çunayevin final görüşü

66 kq

1/16 final: Dominik Etlinger (Xorvatiya) – Rəsul Çunayev: 0-4 tuşe (19 saniyə)
1/8 final: Rəsul Çunayev – Pavel Liax (Belarus): 9-7
1/4 final: David Kareçinski (Polşa) – Rəsul Çunayev: 1-6
1/2 final: Rəsul Çunayev – Artak Marqaryan (Fransa): 8-0 (68 saniyə)
FİNAL: Ruslan Tsarev (Qırğızıstan) – Rəsul Çunayev: 0-6

Xatırladaq ki, 2016-cı il Rio-de Janeyro Yay Olimpiya Oyunlarına vəsiqə verən II Dünya Təsnifat Turniri Türkiyənin İstanbul şəhərində keçirilir.

Yarışda finala yüksələn hər bir güləşçi Olimpiadaya vəsiqəni təmin edir. İlk yarış günündə Yunan-Roma güləşçiləri mübarizə aparıb.

Güləş yığmalarımız bu günədək Rio-de Janeyro Olimpiya Oyunlarına 13 vəsiqə qazanıb. Mümkün 6 vəsiqənin hamısını əldə edən sərbəst güləşçilərimiz Yay Olimpiya Oyunlarına tam heyətlə qatılacaq. Yunan-Roma güləşçilərimiz 4, qadın güləşçilərimiz isə 3 çəki dərəcəsində vəsiqəyə sahibdir.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın