Azərbaycan Milli Komandası Bakı Şahmat Olimpiadasının 8-ci turunda

Sentyabrın 10-da Bakı Kristal Zalda (Baku Crystal Hall) 42-ci Ümumdünya Şahmat Olimpiadasının səkkizinci turu keçirilib. Azərbaycanın kişilərdən ibarət əsas yığma komandası Latviya millisi üzərində 2,5-1,5 hesabı ilə qələbə qazanaraq 13 xalla beşinci sıradadır.

YALAN.info Online Xəbərlər və İnformasiya Saytının verdiyi məlumata görə, turun ən maraqlı qarşılaşmasında udan tərəf olmayıb: Rusiya-ABŞ – 2:2.

Bakı Şahmat Olimpiadasında Rusiya-ABŞ oyunu ətrafında ajiotaj
Bakı Şahmat Olimpiadasında Rusiya-ABŞ oyunu ətrafında ajiotaj

Səkkiz turdan sonra hesabında 13 xal olan əsas komandamız turnir cədvəlində beşinci sırada qərarlaşıb. İkinci yığmamız 11 xalla 19-cu, üçüncü komandamız isə 8 xalla 76-cı pillədədir. Turnir cədvəlinə hər birinin hesabında 14 xal olan ABŞ, Hindistan və Ukrayna komandaları başçılıq edirlər. Azərbaycanın əsas komandası ilə eyni xal toplayan Rusiya dördüncü, Norveç isə altıncı pillədədir.

Bakı Şahmat Olimpiadası – Açıq – 8-ci Turdan Sonra Turnir Cədvəli

Yer SS Milli Komanda Qısa Oyun Sayı   +   =   –  TB1  TB2  TB3  TB4
1 2 Amerika Birləşmiş Ştatları USA 8 6 2 0 14 222,0 23,5 81,00
2 9 Hindistan IND 8 7 0 1 14 196,0 22,0 80,00
3 5 Ukrayna UKR 8 7 0 1 14 196,0 22,0 78,00
4 1 Rusiya RUS 8 6 1 1 13 215,0 24,0 78,00
5 4 Azərbaycan q AZE 8 6 1 1 13 201,5 23,0 78,00
6 12 Norveç NOR 8 6 1 1 13 168,0 20,0 69,00
7 6 İngiltərə ENG 8 6 0 2 12 189,5 20,0 79,00
8 21 Latviya LAT 8 6 0 2 12 188,0 20,0 80,00
9 11 Hollandiya NED 8 6 0 2 12 187,0 21,5 78,00
10 10 Macarıstan HUN 8 6 0 2 12 184,5 23,0 72,00
11 46 İran İslam Respublikası IRI 8 5 2 1 12 183,5 22,0 74,00
12 17 Çexiya CZE 8 5 2 1 12 182,5 19,5 82,00
13 20 Gürcüstan GEO 8 5 2 1 12 181,5 21,0 76,00
14 27 Yunanıstan GRE 8 4 4 0 12 178,0 19,5 78,00
15 29 Sloveniya SLO 8 5 2 1 12 168,5 21,5 71,00
16 47 Çili CHI 8 6 0 2 12 154,5 23,0 63,00
17 36 İtaliya ITA 8 5 2 1 12 150,0 20,5 66,00
18 25 Kanada CAN 8 5 1 2 11 182,5 22,5 74,00
19 28 Azərbaycan 2 AZE2 8 5 1 2 11 177,5 22,0 70,00
20 24 Serbiya SRB 8 5 1 2 11 175,0 20,0 76,00
21 19 Türkiyə TUR 8 5 1 2 11 171,5 22,5 70,00
22 35 Moldova MDA 8 5 1 2 11 162,5 21,5 68,00
23 8 Fransa FRA 8 4 3 1 11 160,5 22,0 66,00
24 23 Belorusiya BLR 8 5 1 2 11 160,0 20,5 70,00
25 14 İspaniya ESP 8 5 1 2 11 159,5 18,5 76,00
26 32 Vietnam VIE 8 5 1 2 11 158,5 20,5 69,00
27 44 İslandiya ISL 8 5 1 2 11 155,0 20,5 70,00
28 16 İsrail ISR 8 5 1 2 11 150,5 21,5 61,00
29 42 Danimarka DEN 8 5 1 2 11 148,5 21,5 62,00
30 60 Portuqaliya POR 8 5 1 2 11 147,0 22,0 60,00
31 34 Peru PER 8 5 1 2 11 144,5 19,5 69,00
32 40 Avstriya AUT 8 5 1 2 11 143,0 21,5 63,00
33 3 Çin CHN 8 5 0 3 10 171,5 20,0 77,00
34 7 Polşa POL 8 4 2 2 10 165,0 21,0 70,00
35 15 Kuba CUB 8 5 0 3 10 163,0 19,5 75,00
36 37 Kazaxstan KAZ 8 4 2 2 10 160,0 22,5 64,00
37 31 Özbəkistan UZB 8 5 0 3 10 159,0 24,0 60,00
38 30 Rumıniya ROU 8 5 0 3 10 158,0 18,5 79,00
39 48 İsveçrə SUI 8 5 0 3 10 146,5 21,0 64,00
40 59 Sinqapur SIN 8 5 0 3 10 141,0 19,5 69,00
41 45 Avstraliya AUS 8 5 0 3 10 139,0 19,5 66,00
42 38 İsveç SWE 8 5 0 3 10 138,0 21,0 61,00
43 55 Qatar QAT 8 4 2 2 10 137,5 20,0 60,00
44 33 Braziliya BRA 8 5 0 3 10 136,0 18,5 63,00
45 50 Montenegro MNE 8 4 2 2 10 135,5 17,0 68,00
46 51 Litva LTU 8 5 0 3 10 112,0 20,0 55,00
47 84 Farer Adaları FAI 8 5 0 3 10 106,5 18,0 54,00
48 62 Türkmənistan TKM 8 5 0 3 10 101,5 17,0 65,00
49 13 Almaniya GER 8 4 1 3 9 163,0 18,0 78,00
50 53 Filippin PHI 8 4 1 3 9 148,0 20,5 67,00
51 49 Slovakiya SVK 8 4 1 3 9 147,5 21,0 68,00
52 26 Argentina ARG 8 4 1 3 9 145,0 17,5 75,00
53 58 Banqladeş BAN 8 4 1 3 9 138,5 20,0 65,00
54 56 Venesuela VEN 8 4 1 3 9 137,5 19,5 64,00
55 61 Estoniya EST 8 3 3 2 9 136,0 18,0 66,00
56 18 Xorvatiya CRO 8 4 1 3 9 136,0 17,0 73,00
57 39 Portuqaliya PAR 8 4 1 3 9 133,0 16,5 73,00
58 78 Qırğızıstan KGZ 8 4 1 3 9 120,0 20,0 59,00
59 77 Tacikistan TJK 8 4 1 3 9 120,0 18,5 62,00
60 54 Finlandiya FIN 8 4 1 3 9 117,5 18,0 62,00
61 69 İrlandiya IRL 8 4 1 3 9 116,0 18,5 60,00
62 52 Kolumbiya COL 8 4 1 3 9 114,5 18,5 61,00
63 71 Monako MNC 8 4 1 3 9 110,5 16,0 66,00
64 57 Monqolustan MGL 8 4 1 3 9 110,5 15,0 70,00
65 66 Albaniya ALB 8 4 1 3 9 105,5 18,5 60,00
66 79 Cənubi Afrika RSA 8 4 1 3 9 105,5 17,0 61,00
67 99 Uels WLS 8 4 1 3 9 98,5 15,5 64,00
68 73 Uruqvay URU 8 4 1 3 9 96,5 16,5 58,00
69 90 IBCA IBCA 8 4 1 3 9 92,5 15,5 60,00
70 92 Zimbabve ZIM 8 4 1 3 9 80,5 14,5 61,00
71 100 Tayland THA 8 4 1 3 9 75,5 16,0 50,00
72 41 Bosniya-Herzoqovina BIH 8 4 0 4 8 140,5 19,5 64,00
73 22 Bolqarıstan BUL 8 3 2 3 8 126,0 15,5 69,00
74 74 Meksika MEX 8 4 0 4 8 120,5 17,5 57,00
75 81 Əlcəzair ALG 8 4 0 4 8 120,5 17,0 67,00
76 83 Zambiya ZAM 8 3 2 3 8 115,0 18,5 59,00
77 43 Misir EGY 8 4 0 4 8 114,5 19,0 61,00
78 95 Boliviya BOL 8 3 2 3 8 113,5 17,5 57,00
79 67 İndoneziya INA 8 4 0 4 8 110,5 18,5 62,00
80 70 Kosta Rika CRC 8 4 0 4 8 105,5 16,5 65,00
81 97 Yaponiya JPN 8 3 2 3 8 104,5 16,5 58,00
82 64 Belçika BEL 8 3 2 3 8 102,0 17,5 62,00
83 65 Makedoniya MKD 8 3 2 3 8 99,5 17,0 63,00
84 91 İordaniya JOR 8 4 0 4 8 96,0 18,5 59,00
85 63 Şotlandiya SCO 8 4 0 4 8 95,5 16,5 66,00
86 76 Azərbaycan 3 AZE3 8 4 0 4 8 92,5 18,5 54,00
87 109 Pakistan PAK 8 4 0 4 8 88,5 14,5 58,00
88 68 Birləşmiş Ərəb Əmirlikləri UAE 8 3 2 3 8 87,5 15,5 63,00
89 104 Malaziya MAS 8 3 2 3 8 86,5 16,0 57,00
90 72 ICCD ICCD 8 4 0 4 8 84,0 15,5 58,00

Teymur Rəcəbov: “Olimpiadada sona qədər mübarizə aparacayıq”

42-ci Ümumdünya Şahmat Olimpiadasının VII turunda xorvat şahmatçı Mladen Palaçı məğlub edən Azərbaycan millisinin üzvü Teymur Rəcəbov komandamızın qələbə qazanmasında həlledici rol oynayıb. Partiyadan sonra Rəcəbov Bakı Şahmat Olimpiadasının mətbuat xidmətinə müsahibə verib.

Şahmatçı oyunun tam fərqli tərzdə başladığını deyib: “Oyuna yaxşı başladım və demək olar ki, üstünlük qazanmaq üçün rəqibin gözləmədiyi gedişləri etdim. Əvvəldən üstünlüyüm olmasa da, tədricən hər şey dəyişdi. Fil ilə gedişdən sonra bərabərlik görünmürdü. Qonşu masadakı Rauf Məmmədovun oyununu izləyirdim. Məmmədovun qələbə qazanmaq şansları göründüyü halda, müdafiəyə daha çox diqqət etməyə başladım. Rəqib fikirləşməyə çox vaxt itirdi. Tez qələbə qazanmaq üçün gedişləri saymağa başladı və nəticədə çox vaxt itirdi. Seytnota düşməyə yaxınlaşırdı. Fürsətdən istifadə edərək oyunu düzgün qurdum və yekunda qələbə qazandım. Sevinirəm ki, bizim üçün hər şey yaxşı başa çatdı”.

Olimpiadada arxada qalan VII tur haqda danışan Rəcəbov yığmamızın sona qədər mübarizə aparacağını bildirib: “Qarşıda 4 tur var. Hazırda proqnoz vermək düzgün olmaz. Bakıdakı olimpiadada dünyanın ən güclü komandaları mübarizə aparır. Azərbaycan millisi ilk turdan maksimum nəticə uğrunda yarışır. Hindistanla oyunda məğlubiyyət çox acınacaqlı oldu. Həmin oyuna tam fərqli nəticə qeydə alına bilərdi. Arkadi Naydiçdə kifayət qədər yaxşı vəziyyət idi. Şəhriyar Məmmədyarovda üstünlük hiss olunurdu. Partiyanı uğurla başa vurmaq olardı, təəssüf ki istədiyimiz alınmadı. Hindistanla oyunla məğlubiyyətə layiq deyildik. Bununla belə mübarizəni sona qədər davam etdirəcəyik. İndi hər bir tur ümumi nəticə baxımından çox vacibdir”.

Azərbaycan millisinin şahmatçısı doğma Bakıda mübarizə aparmağın asan olmadığını da söylədi: “Azərbaycanda çıxış etmək böyük məsuliyyətdir. Çoxlu sayda insanlar olimpiadaya gələrək komandamıza dəstək olur. Müəyyən mənada təzyiq hiss olunur. Doğma insanların qarşısında oynamaq çətindir. Fikrimcə yığmanın hər bir üzvü peşəkardır. Bundan əvvəl də biz Bakıda, Şəmkirdə digər şəhərlərimizdə çıxış etmişik. Elə etməliyik ki, Bakıda doğma divarlar bizə kömək etsin”.

42-ci Ümumdünya Şahmat Olimpiadasının təşkilatçılığından danışan Teymur Rəcəbov karyerasında 8-ci olimpiadada iştirak etdiyini dedi: “Bu mənim 8-ci olimpiadamdır. Adətən yarış başa çatdıqdan sonra təşkilatçılıq haqda danışıram. 7 turdan sonra əminliklə demək olar ki, Bakı olimpiada tarixində ən yaxşı turniri keçirir. Şahmatçılar ən gözəl otellərdə məskunlaşıb, qidalanma və nəqliyyat məsələləri qaydasındadır. Bir sözlə təşkilatçılıq yüksək səviyyədədir. Bütün qonaqlar təşkilatçılıqdan razılığını bildirir. Ümid edirik ki, sona qədər belə olacaq”.

Azərbaycanın qadınlardan ibarət əsas millisi isə səkkizinci turda güclü Çin yığmasına 0,5:3,5 hesabı ilə məğlub olub. İkinci komandamız Sinqapur millisi üzərində qələbə qazanıb – 3:1. Üçüncü komandamız isə Peru yığmasının müqavimətini qıra bilməyib – 2:2.

Bakı Şahmat Olimpiadası - Qadınlar - Çin-Azərbaycan Milli Komandaları oyun öncəsi
Bakı Şahmat Olimpiadası – Qadınlar – Çin-Azərbaycan Milli Komandaları oyun öncəsi

Azərbaycanın əsas komandası 12 xalla 10-cu pillədədir. On bir xal toplayan ikinci komandamız 18-ci, üçüncü yığmamız isə 10 xalla 28-ci sıradadır.

Səkkizinci turda kişilərin mübarizəsində olduğu kimi, qadınların yarışında da Rusiya-ABŞ görüşü keçirilib. Görüş amerikalı şahmatçıların 2,5:1,5 hesablı qələbəsi ilə başa çatıb. Ukrayna-Macarıstan və Almaniya-Monqolustan qarşılaşmalarında qalib müəyyənləşməyib – 2:2. Digər iddialı komandalardan isə Polşa yığması Hollandiyanı (2,5:1,5), Hindistan şahmatçıları Özbəkistanı (2:5:1,5), Gürcüstan millisi Argentinanı (3:1), Bolqarıstan komandası isə Ekvadoru (2,5:1,5) məğlub edib.

Qadınların yarışında Çin və ABŞ şahmatçıları 14 xalla birinci və ikinci yerləri bölüşdürürlər. Aktivlərində 13 xal olan Polşa və İsrail 3-4-cü yerlərdə qərarlaşıb.


Bakı Şahmat Olimpiadası – 8-ci Tur

Buna Oxşar Xəbərlərdən:

YALAN.info

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

Bu xəbəri də oxuyun

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir