Azərbaycan Rusiyadan hansı silahları alıb? – Tam Siyahı

Bakıda 3-cü Azərbaycan Beynəlxalq “ADEX-2018” silah sərgisinin açılması ilə bağlı TASS agentliyi Rusiya silahlarının satışı sahəsində Rusiya ilə Azərbaycanın hərbi-texniki əməkdaşlığı barədə analitik material yayımlayıb.

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı bildirir ki, sentyabrın 25-dən 27-dək Bakıda dünyanın 29 ölkəsindən 224 şirkətin qoşulduğu 3-cü Azərbaycan beynəlxalq “ADEX-2018” silah sərgisi keçirilir.

“Biz bu sərgidə Rusiya üçün çox önəmli olan Xəzəryanı region ölkələri ilə hərbi-texniki əməkdaşlığın inkişaf etdirilməsi sahəsində dəyərli və daha önəmlisi, çox müsbət təcrübə qazanırıq.

Biz Xəzəryanı ölkələrə həm hərbi texnika, həm də ona xidmət edilməsi və onun təmiri, mütəxəssislər hazırlığı ilə bağlı müxtəlif infrastruktur layihələri təklif edirik”, – “Rosoboroneksport” dövlət şirkətinin baş direktoru Aleksandr Mixeyev bildirib.

Rusiya Azərbaycanın hərbi-texniki məhsullar aldığı ölkələr arasında aparıcı yerlərdən birini tutur. Prezident İlham Əliyev bu il sentyabrın 1-də Rusiya Prezidenti Vladimir Putinlə danışıqların yekunu kimi bəyan edib ki, Azərbaycan Rusiyada dəyəri beş milyard dollardan çox olan hərbi məhsullar alıb və bu rəqəm artacaq.

Azərbaycan silah bazarında Rusiyanın böyük tərəfdaşıdır

İndi Azərbaycan silah bazarında Rusiya Federasiyasının iri tərəfdaşıdır. Stokholmdakı Dünya Problemlərini Araşdırma İnstitutunun (SIPRI) hesablamalarına görə, 2006-2016-cı illərdə Azərbaycanın idxal etdiyi müdafiə məhsullarının ümumi həcmində Rusiya silahlarının payı təqribən 22 faiz olub.

1991-ci ildə SSRİ dağılandan sonra 2005-ci ilə qədər Rusiya Azərbaycana silah satmayıb.

2005-2010-cu illərdə Azərbaycanın güc strukturları yeni model helikopterlər alıb: gömrük komitəsi üçün bir ədəd Mi-172, Fövqəladə Hallar Nazirliyi üçün üç ədəd Mi-171B və Daxili İşlər Nazirliyi üçün üç ədəd Mi-17-1B.

2008-ci ildə FHN Rusiyadan yeni model Be-200ÇS amfibiya-təyyarəsi alıb, 2010-cu ildə isə iki ədəd Ka-32A helikopteri.

2007-ci ildə Azərbaycan Rusiya Federasiyasının Müdafiə Nazirliyindən 62 ədəd T-72B tankı, dörd zirehli təmir-təxliyyə maşını BREM-1, eləcə də, altı ədəd “Msta-B” adlı 152 mm-lik daşınan habuitsa əldə edib.

2008-2010-cu illərdə Azərbaycana 70 ədəd BTR-80A zirehli yeni istehsal edilmiş transportyoru və hərbi məqsədlər üçün istifadə edilən “KamAZ” avtomobilləri göndərilib. O cümlədən, anlaşmaya görə, 2010-cu ildə Azərbaycan tərəfi 100 ədəd tank əleyhinə “Kornet-E” kompleksləri alıb.

2009-cu ildə Azərbaycana hər birində dörd buraxılış qurğusu olan iki divizion S-300 zenit-raket sisteminin göndərilməsi ilə bağlı anlaşma imzalanıb və 2010-2011-ci illərdə həmin raketlər təhvil verilib. Ekspertlər sazişi 300 milyon dollar həcmində dəyərləndirilib.

Həmin illərdə bağlanmış böyük müqavilələr çərçivəsində 2013-2018-ci illərdə Azərbaycan tərəfi Rusiyadan quru qoşunları üçün böyük ölçüdə yeni istehsal edilmiş silahlar əldə edib:

  • 100 ədəd T-90S tankı;
  • 118 ədəd BMP-3 hərbi piyada maşını;
  • 230 ədəd BTR-82A zirehli transportyor;
  • 166 ədəd artilleriya sistemi, o cümlədən, 18 ədəd 152 mm kalibirli “Msta-C özüyeriyən haubitsa, 18 ədəd 120 mm-lik özüyerinən “Vena” topları (Azərbaycan bu silahın ilk sifarişçisidir – red.), 18 ədəd 300 mm-lik “Smerç” reaktiv sistemli hərbi maşın və 24 ədəd ağır odsaçan sistem maşınları olan TOS-1A “Solntsepyok”.

Mütəxəssislər vurğulayıblar ki, bu müqavilə portfelinin dəyəri 1 milyard dolları təşkil edib.

Rusiyanın Strategiya və Texnologiyaların Analizi Mərkəzinin ekspertlərinin fikrincə, bu paketə iki divizion “Xrizantema-S” özüyeriyən tank əleyhinə raket kompleksi, 152 mm kalibrli “Msta-B” daşınan habuitsalar, 120 mm kalibrli “Sani” daşınan minaatanlar, BREM-1M və BREM-L zirehli təmir-təxliyyə maşınları, İMP-3M mühəndis maşınları, eləcə də, onlara aid hərbi sursatlar daxildir.

Ayrı müqaviləyə əsasən, Azərbaycan 2010-cu ildə Rusiya ilə sərhəd xidməti üçün 24 ədəd Mi-35M hərbi helikopterləri əldə edən sənəd imzalayıb. Helikopterlər 2011-2013-cü illərdə Azərbaycana çatdırılıb. Müqavilənin qiyməti 260 milyon dollar olub.

Başqa helikopter – 71 ədəd çoxhədəfli Mİ-17-1B (40 ədədi hərbi-hava qüvvələri, 20 ədədi sərhəd xidməti, altı ədədi xüsusi dövlət mühafizəsi, beş ədədi isə DİN üçün) müqaviləyə əsasən, Azərbaycana göndərilib.

Bundan əlavə, həmin il müqavilə paketləri ilə bağlı növbəti müqavilələr bağlanılıb. Həmin müqavilələrə əsasən, 2011-2012-ci illərdə Azərbaycan 300 buraxılış qurğuları və 1500 ədəd daşınan “İqla-S” zenit raket kompleksləri əldə edib.

Mətbuatda 2014-cü ildə iki zenit raket batareyası kompleksi olan “Tor-M2E” kiçikmənzilli raket komplekslərinin də verilməsi barədə məlumat getmişdi. Lakin digər mənbələrə görə, bu müqavilənin həyata keçirilmədiyi bildirildi.

2010-cu ilin noyabrında Rusiya və Azərbaycan tərəfi 2011-2021-ci illərdə ölkədə 5,45 mm kalibrli 120 min ədəd AK-74 avtomat silahının lisenziyalaşdırılmış buraxılışı ilə bağlı razılığa gəliblər.

2011-ci ildə isə Azərbaycanın BMP-1 və BMP-2 parklarının modernləşdirilməsi, eləcə də, onların “Berejok” – yeni hərbi məqsədli hissəsi, həmçinin “Kornet-E” raket kompleksi ilə təchiz olunması ilə bağlı anlaşma imzalanıb. Həyata keçirilmə barədə məlumatlar yayımlanmasa da, Rusiyanın “Kornet-E” raketlərinin göndərməsi həyata keçirilib.

Bildirilir ki, 2014-cü ildə Azərbaycan Rusiyanın Federal Xidmətinə bir divizionluq “Bal-E” gəmi əleyhinə raket kompleksinin əldə edilməsi ilə bağlı müraciət edib. KİV-in məlumatına görə, hələlik sövdələşmə həyata keçirilməyib, ancaq tərəflər arasında danışıqlar aparılır.

Həmçinin, Rusiyanın T-90S və 12 ədəd Mi-35M helikopterlərinin alışının həyata keçirilmədiyi bildirilib.

Buna Oxşar Xəbərlərdən:

YALAN.info

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

Bu Xəbərləri də Bəyənəcəksiniz

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir