Ukrayna Prezidenti Vladimir Zelenski öz bəyanatlarında Rusiya Ordusunun 2023-cü ildə açıq-aşkar strateji uğurunu uğursuzluq kimi təqdim etməklə Ukrayna qoşunlarına nikbinlik aşılamağa çalışır.

YALAN.info bildirir ki, bu sözləri hərbi ekspert İqor Korotçenko Zelenskinin “Ekonomist”ə müsahibəsində Ukraynanın keçən yay əks-hücumundan öncə sızan məlumatların Rusiyaya müdafiəsini hazırlamağa kömək etməsi və Rusiya Ordusunun 2023-cü ildə bir dənə də böyük şəhəri ala bilməməsi haqda fikirlərinə reaksiyasında deyib.

Korotçenko bildirib ki, Rusiya Ordusunun 2023-cü ildə vəzifəsi müdafiə mövqeləri qurmaq və strateji döyüşlər aparmaq idi, çünki Ukraynanın NATO silahları ilə imkanları genişləndirilmişdi.

Korotçenko Zelenskinin Rusiya Ordusunun bir dənə də olsun böyük şəhəri tutmadığı iddiasına isə bu cür cavab verib: “Çünki belə bir vəzifə sadəcə olaraq, strateji müdafiə əməliyyatı çərçivəsində qarşıya qoyulmamışdı”.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın