Açıqlama: Tbilisidə Etirazlar – Gürcüstanda Nələr Baş Verir?

Mayın 12-də Gürcüstan güc strukturlarının “Bassiani” və “Qalerei” gecə klublarında həyata keçirdiyi özəl əməliyyat Tbilisidə etirazlara səbəb olub. Bu durum müxtəlif beynəlxalq ekspert cəmiyyətində geniş müzakirələrə gətirib çıxarıb.

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı bildirir ki, bir sıra ekspertlərin düşündüyünə görə, ermənilərin pis örnəyi gürcülərə də mənfi təsir göstərib, başqaları isə düşünür ki, Gürcüstanda “məxməri” də olsa inqilab qoxusu duyulmur.

Rusiyalı bloqer və siyasi icmalçı Denis Korkodinovun sözlərinə görə, Gürcüstan dövlət çevrilişinə hazırlaşır:

“Gürcüstan parlamentinin qarşısına minlərlə insan toplaşaraq indiki rəsmi şəxslərə etiraz edirlər. Aksiyaya qoşulanların başlıca tələbi ölkənin baş naziri və daxili işlər nazirinin istefasıdır.

Dövlət orqanları gənclərin etirazları qarşısında öz gücünü itirir. Tbilisiyə daxili qoşunlar yeridilir. Güc strukturları etirazçıların parlamentə hücum edərək dövlət çevrilişi həyata keçirə bilməsini istisna etmir”.

Gürcüstanın özündə isə etirazlara soyuqqanlı yanaşılır.

Politoloq Qela Vasadzenin sözlərinə görə, dövlət çevrilişindən söhbət gedə bilməz:

“Orada mindən çox etirazçı yoxdur. Onların da çoxu gənclərdir. Baş nazirin etiraz məsələsinə gəlincə, bunu toplaşanlar deyib, tribunadan səsləndirilməyib”.

Vasadze vurğulayıb ki, bütün bu çaxnaşmalar sadəcə daxildəki durumla mübarizə üçündür:

“Qanunlara əməl edilməlidir. O zaman gənclər də sakitləşəcək. Gənclərə azad Gürcüstan gərəkdir. Azadlıq isə qanunun üstünlüyündən başlayır”.

Buna Oxşar Xəbərlərdən:

YALAN.info

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

Bu Xəbərləri də Bəyənəcəksiniz

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir