Yunanıstanın Baş qərargah rəisi Konstantin Floros Aralıq dənizində qeyri-rəsmi hərbi bazaların qurulduğunu, bir sıra adalarda hərbi birliklərin yerləşdirildiyini açıqlayıb.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, Teleqraf.com-un xəbərinə görə, Aralıq dənizində silahsızlaşdırılmalı adalara hərbi bölmələr toplayan Yunanıstan hərbi olmayan status daxilində Lemnos, Meis, Psara, Rodos, Adacıqlar və Qayalar da, habelə süverenliyi anlaşmalar əsasında Yunanıstana verilməyən Ada, Adacıqlar və Qayalıqlar çərçivəsində Gavdos, Kalolimni, Kaarada, Fənər adası, Ardıççık, Bulamac və Eşek adalarında hərbi birliklər qurur.

Yunan Baş qərargah rəisinin səfər etdiyi qeyri-hərbi statusdakı adalarda əsgərlər, silah, müdafiə sistemləri yerləşdirilib və adalar hərbiləşdirilib. Adalarda quru, hava və dəniz bazaları yer alır, istehkamlar qurulur.

Adalarda araşdırma aparan Yunanıstan Baş qərargah rəisi Kontantinos Floros Türkiyəyə yaxın olan adalardakı hərbi birliklərə ələvə dəstək olunacağını, qüvvə, silah göndəriləcəyini vurğulayıb.

Durumu dəyərləndirən mütəxəssis Cihat Yaycı bildirib ki, Yunanıstan bu addımı ilə adaların onlara verilməsi şərtini aradan qaldırıb: “Türkiyə təcili olaraq bu adaların hərbisizləşdirilməsini tələb etməli, hər cür qanuni və diplomatik təşəbbüslərlə çıxış etməlidir”.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın