Rusiya və Estoniya arasında sərhədin dəyişməsi mümkünsüzdür. Bu tip bəyanatlar ölkələr arasında münasibətlərin yaxşılaşmasına xidmət etmir.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bunu “RIA Novosti”yə açıqlamasında Rusiya Federasiya Şurasının üzvü Sergey Çekov deyib.

“Rusiya və Estoniya arasında sərhədlərin dəyişməsi mümkünsüzdür. Rusiya Konstitusiyasına edilən düzəlişə uyğun olaraq, Rusiyadan torpaq qoparılması yolverilməzdir. Estoniyalı siyasətçilər bu tip çıxışlara yol verməməlidir. Bu, Rusiya ilə münasibətlərin yaxşılaşmasına imkan vermir. Onlar anlamalıdırlar ki, Estoniya dövlət kimi Rusiya olmadan formalaşa bilməzdi”.

Qeyd edək ki, Estoniya parlamentinin spikeri Henn Pılluaas Tartus anlaşmasının qüvvədə olduğunu və Rusiyanın buna görə ona bəzi torpaqları qaytarması gərəkdiyini bildirmişdi.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın