Yaponiyada ilk təkanlardan sonra müxtəlif gücdə 30-dan çox zəlzələ baş verib. Onlardan ən güclüsü 7,6 bal olub.

YALAN.info bildirir ki, bunu Yaponiya Milli Meteorologiya İdarəsinin məlumatları sübut edir.

Eyni zamanda, bildirilir ki, sonrakı həftədə də afterşoklar davam edəcək. Yaponiyalı seysmoloqlar növbəti iki-üç günün özəlliklə təhlükəli olduğu və bu müddət ərzində maqnitudası 7-dən yuxarı olan təkrar güclü təkanların baş verməsi ehtimalı barədə xəbərdarlıq ediblər.

Yaponiyanın bütün qərb sahillərində sunami təhlükəsi qalır. Son məlumatlara görə, təbii fəlakət nəticəsində 10-dan çox insan müxtəlif dərəcəli bədən xəsarətləri alıb, ölkənin qərbində bir sıra şəhərlərdə xilasedicilər iri yanğınların söndürülməsi üçün çalışırlar.

Ölkənin bir sıra dağlıq rayonlarında torpaq sürüşmələri qeydə alınıb. Yaponiyanın İşikava prefekturasında baş verən güclü zəlzələlər nəticəsində yüzdən çox binaya zərər dəyib, bəziləri dağılıb. Nazirlər Kabinetinin məlumatına görə, ən azı altı evin uçması faktı məlum olub. Dağıntılar altında insanların olma ehtimalı var.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın