Yan Nepomnyaşi sona bir tur qalmış İddiaçılar Turnirinin qalibi olub. Rusiyalı şahmatçı yarışın 13-cü turunda macarıstanlı Riçard Rapportla heç-heçə oynayıb və 9 xal toplayaraq vaxtından qabaq qələbəsini təmin edib.

YALAN.info bildirir ki, Nepomnyaşi Maqnus Karlsenlə şahmat tacı uğrunda görüşə çıxacaq.

Onu da bildirək ki, Nepomnyaşi İddiaçılar Turnirini ikinci ildir ki, ardıcıl olaraq qazanır. O, artıq 2021-ci ilin sonunda şahmat tacı uğrunda görüşdə Karlsenlə qarşılaşıb və böyük hesabla (7,5:3,5) məğlub olub.

Dünya birinciliyi uğrunda oyun 2023-cü ildə baş tutacaq. Qarşılaşmanın məkanı hələ ki seçilməyib. Gəzən söz-söhbətlərə görə, Maqnus Karlsen finalda Yan Nepomnyaşi ilə görüşməkdən imtina edə bilər. Karlsen final qarşılaşmasında Yanla oynamaqdan imtina etsə, Dünya Çempionu titulunu itirəcək. Belə olan halda şahmat tacı uğrunda görüşdə Nepomnyaşi İddiaçılar Turnirinin ikincisi ilə üz-üzə gələcək.

İndi 7,5 xal toplayan amerikalı Hikaru Nakamura ikinci və 7 xal toplayan çinli Dinq Liren isə üçüncü pillədə qərarlaşıblar. Turnirə uğursuz başlayan Teymur Rəcəbov sonlara doğru özünü toparlayıb. Azərbaycanlı qrossmeyster 6,5 xalla 4-cü yerdədir. Daha öncə Maqnusun finalda oynamaq istədiyini söylədiyi Fransa təmsilçisi Alireza Firouzja isə sonuncudur.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın