Ağdamın “Qarabağ” Futbol Klubu və Qurban Qurbanov arasında olan anlaşmanın müddəti uzadılmışdır. Yeni anlaşmaya uyğun olaraq, Qurban Qurbanov daha 3 il komandanın baş məşqçisi olacaq.

YALAN.info bildirir ki, bununla bağlı “Qarabağ” FK-nın Mətbuat xidməti və içtimayətlə əlaqələr bölməsindən xəbər verilib.

Yada salaq ki, Qurban Qurbanov 2008-ci idən “Qarabağ”ı çalışdırır. Köhlən atlar bu müddət ərzində 8 dəfə Azərbaycan Çempionu olub, 4 dəfə ölkə kubokunu qazanıb. Bundan başqa, Ağdamlılar 8 dəfə UEFA-nın klub turnirlərinin qrup mərhələsinə yüksələ biliblər.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın