Dünən Xocavənddə Ermənistan Ordusunun daha bir hərbçisinin cəsədi tapılıb.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bunu Trend-ə açıqlamasında Azərbaycanlı Əsir və Girovlarla bağlı Məlumat Mərkəzinin koordinatoru Əhməd Şahidov deyib.

O bildirib ki, 1 erməni hərbçinin cəsədi bu gün Xocavənd ərazisində aparılan axtarışlar zamanı tapılıb. Axtarış qrupunun aşkar etdiyi cəsəd Ermənistan Respublikasına təhvil verilib.

Bununla da 44 günlük Vətən savaşından sonra, 14 noyabr 2020-ci ildən bu yana Qarabağdakı döyüş meydanlarında tapılan erməni əsgər meyitlərinin sayı 1709-a çatıb.

Ermənistan İstintaq Komitəsinin Baş Hərbi İstintaq İdarəsinin məlumatına görə, 44 günlük müharibədə erməni tərəfi 3809 nəfər itki verib. Onların arasında bir neçə nəfər mülki şəxsin olduğu da bildirilir. 220 nəfər hərbçi isə 2020-ci ildə Qarabağda itkin düşmüş sayılır.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın