Vyana danışıqlarının nəticəsindən asılı olmayaraq, İran və onun nüvə proqramı İsrail dövləti üçün ən böyük təhlükədir.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, belə bir bəyanatla İsrailin baş naziri Naftali Bennet bazar günü ölkənin Nazirlər Kabinetinin həftəlik toplantısında çıxış edib.

“İsrail dövləti üçün ən böyük təhlükə İrandır. İranın nüvə proqramı İsrail hökumətinin məsuliyyəti altındadır. Biz, əlbəttə ki, Vyanada İranın nüvə proqramı ilə bağlı danışıqları izləyirik. Ancaq razılaşma ilə, ya da razılaşmasız, İsrail istənilən halda bu məsələdə fəaliyyət sərbəstliyini özündə saxlayacaq”, – deyə baş nazir bildirib.

İsrailin baş nazirinin sözlərinə görə, “son həftələr elə [Vyanada] danışıqlar zamanı İran təcavüzkarlığını artırır və regionda dəfələrlə terrora əl atır”. “Tehran tipli danışıqlar belə aparılır”, – o əlavə edib və deyib ki, “hər bir məlumatlı investor bilir ki, İran rejiminə, İran iqtisadiyyatına sərmayə qoymaq həm uzun, həm də ortamüddətli perspektivdə ağılsız investisiyadır”.

Vyanada danışıqlar

Yanvarın 3-də Vyanada, Yeni il fasiləsindən sonra İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planının (JCPOA) ilkin formada bərpası və ABŞ-ın bu çoxtərəfli razılaşma planına qaytarılması məqsədi ilə danışıqların səkkizinci raundu bərpa edilib. Danışıqlar 2 formatda; həm İran və Rusiya, Böyük Britaniya, Almaniya, Çin və Fransanın Birgə Komissiyası çərçivəsində, həm də hələ ABŞ-la ayrıca məsləhətləşmələrə hazır olmayan Tehranın iştirakı olmadan Amerika tərəfi ilə aparılır.

Danışıqçılar artıq saziş layihəsi üzərində iş prosesini sürətləndirmək barədə razılığa gəliblər. Ehtimal olunur ki, səkkizinci raund sonuncu ola bilər, çünki məsləhətləşmələrdə iştirak edənlər işi bu ilin fevralında başa çatdırmalıdırlar.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın