Xəbər verdiyimiz kimi, dünən Avstriyanın paytaxtı Vyanada ATƏT-in gərargahında keçirilən “Sülh və ədalət” mövzusunda beynəlxalq tədbirdə “Soyqırım və Kütləvi Qırğınlara Qarşı Budapeşt Beynəlxalq Mərkəzi”nin sədri Giorgiy Tatar tərəfindən “Barışıq üçün etiraf et” təşəbbüsü elan edilib.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, təşəbbüsün başlıca məqsədləri beynəlxalq ictimayətin təsiri ilə Ermənistan tərəfindən faciənin tanınmasına nail olunmasıdır. Qeyd olunub ki, təşəbbüs insan haqları təşkilatları və nüfuzlu ekspertlərin qoşulması üçün açıqdır.

“Report” xəbər verir ki, sözügedən tədbirin aparıcısı qismində çıxış edən “Serebrenisa Anım Mərkəzi Muzeyinin” direktor müavini Amra Beqiç tədbirin sonunda emosional şəkildə çıxış edərək, Xocalı üçün ədalətin bərpasını insanlıq qarşısında borc olaraq adlandırıb. Xocalı cinayətinin Serebrenitsada törədilən soyqırımla bir çox eyniliklərin olduğunu vurğulayan natiq bu təşəbbüsə qatıldığını elan edib.

Amra Beqiç Ermənistanın sülhə töhfə vermək məqsədilə Xocalı Soyqırımını etiraf etməsini önəmli saydığını vurğulayıb. O bütün sülhsevər insanlara müraciət edərək Xocalı Soyqırımının tanınması üçün Ermənistanın rəsmi nümayəndələri, ilk növbədə Ermənistan baş naziri Nikol Paşinyana və sıravı ermənilərə çağırış edəcək xüsusi aksiyanın keçirilməsini təklif edib.

“Bu çağırışlarda yazacagınız cəmi üç söz – “Xocalı: Barışıq üçün etiraf et” (Khojaly: Recognize to Reconcile) regionda sülhün bərqarar edilməsi və Xocalı qurbanları qarşısında insanlıq borcumuz baxımından atacağımız ən bəsit addımdır”, – ictimai xadim vurğulayıb.

Onu da bildirək ki, Amra Beqiç özü Serebrenisa Soyqırımı zamanı ailəsini itirib. O, kriminalistika üzrə Niderlandda təhsil alıb, Almaniyada beynəlxalq əməkdaşlıq üzrə DVV İnstitutunda çalışıb və 2005-ci ildən Serebrenitsa Memorial Kompleksində fəaliyyət göstərir.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın