Azərbaycan Xalq Artisti, tanınmış aktrisa Amaliya Pənahovanın mərhum həyat yoldaşı, məşhur diktor Yusif Muxtarovun anım günüdür.

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı bildirir ki, aktrisa Facebook səhifəsində ömür-gün yoldaşının fotosunu paylaşaraq, onu belə yad edib:

“Bu gün ömür-gün yoldaşım, Azərbaycan radiosunun görkəmli diktoru Yusif Muxtarovun anım günüdür. Allah rəhmət eləsin. Səkkiz ildir onsuzam. Səkkiz ildir sirdaşsızam”.

Yada salaq ki, əməkdar artist Y.Muxtarov uzun illər Dövlət Radio və Televiziya şirkətində diktor kimi çalışıb. Eyni zamanda, bir çox filmlərdə və televiziya tamaşalarında yaddaqalan rollar yaradıb. O, 2010-cu ildə ürək tutmasından dünyasını dəyişib.

Azərbaycanın Xalq Artisti Amaliya Pənahova



Azərbaycanın Xalq Artisti, tanınmış aktrisa Amaliya Pənahova
Öncəki xəbərPrezident İlham Əliyev Türkiyədə Rəcəb Təyyub Ərdoğanla Təkbətək Görüşdü
Sonrakı xəbərSOCAR ilə BP Azərbaycanda Geoloji Kəşfiyyat İşləri Üçün Pay Bölgüsü Sazişi
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın