Rusiya Federasiyasının Prezidenti Vladimir Putin “Lukoyl” neft-qaz şirkətinin keçmiş rəhbəri, Azərbaycan əsilli iş adamı Vahid Ələkbərovu təltif edib.

YALAN.info bildirir ki, iş adamı I dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.

Qeyd edək ki, aprelin 21-də Rusiyanın “Lukyl” Publik Səhmdar Cəmiyyətinin prezidenti Vahid Ələkbərov şirkətin Direktorlar Şurasının üzvü və şirkətin prezidenti postunu tərk edib.

Vahid Ələkbərov dünyada rəsmən milyarder kimi tanınan yeganə azərbaycanlıdır. 2021-ci ildə ABŞ-ın “Forbes” jurnalının tərtib etdiyi dünyanın ən varlı adamlarının siyahısında 66-cı yeri tutub. Ələkbərovun sərvəti 24,9 milyard dollar həcmində qiymətləndirilir.

Öncəki xəbərVahid Hacıyev Prezidentin Zəngilan rayonunda xüsusi nümayəndəsi təyin olundu
Sonrakı xəbərİqor Konaşenkov: Rusiya Ukraynanın beş artilleriya batareyasını məhv edib
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın