Amerikalı milyarder, “SpaceX” və “Tesla” şirkətlərinin qurucusu İlon Mask (Elon Musk) Twitter sosial şəbəkəsini alıb.

YALAN.info bildirir ki, bununla bağlı xarici mətbuatda xəbər verilir.

Paylaşılan xəbərə görə, İlon Mask bunun üçün 44 milyard ABŞ dolları ödəyib. Twitter sosial şəbəkəsinin rəhbərliyi xəbəri təsdiqləyib. “Twitter, Inc.” bu gün elan etdi ki, tam mülkiyyətində olan İlon Mask şirkəti tərəfindən hər bir səhm üçün 54,2 dollara, təqribən 44 milyard dollar dəyərində anlaşmaya imza atıb”, – sosial şəbəkənin xəbərində bildirilir.

Yada salaq ki, daha öncə İlon Mask Twitterin qərargahını evsizlər üçün sığınacağa çevirməyi təklif edib. Amerikalı milyarder şirkətin San-Fransiskodakı baş ofisini evsizlər üçün sığınacağa çevirməklə bağlı sosial şəbəkədə sorğu keçirib. Səs verən 1,8 milyon istifadəçinin 91 %-dən çoxu bu yaxınlarda “Twitter”in direktorlar şurasına daxil olan İlon Maskın ideyasını dəstəkləyib, 8,6%-i isə əleyhinə çıxıb.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın