“Kiyev və Bakı qardaş şəhərlərdir. Bizim bir çox ortaq cəhətlərimiz, bir çox mədəni əlaqələrimiz, biznes layihələrimiz var və mən əminəm ki, onlar genişləndiriləcək”.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bunları “Report” informasiya agentliyinin Şərqi Avropa bürosuna Ukrayna paytaxtı Kiyevin meri Vitali Kliçko deyib.

“Bakıda ən hündür bayraq dirəyini gördük və Kiyevdə də oxşarını quraşdırdıq. Əlbəttə ki, Bakıdakı kimi hündür deyil, ancaq buna baxmayaraq, Azərbaycanın bir çox yaxşı yaradıcılıq ideyalarını təkrarlayırıq”, – o deyib.

V.Kliçko, həmçinin Azərbaycan xalqını 28 May – Respublika Günü münasibətilə təbrik edib: “Mən Azərbaycanı 103-cü illiyi münasibətilə təbrik edir, ən yaxşı arzularımı çatdırır və Azərbaycanla münasibətlərimizin daha da güclü olmasını, hər zaman anlayışın olmasını, Azərbaycanla Ukraynanın inkişaf etməsini arzulayıram”.

Vitali Kliçkonun sözlərinə görə, eynən Azərbaycan kimi, Ukrayna da ərazi bütövlüyü və müstəqilliyi uğrunda mübarizə aparır.

Öncəki xəbərTer-Petrosyan Ermənistanda vətəndaş müharibəsiylə bağlı xəbərdarlıq etdi
Sonrakı xəbərİlham Əliyev: Biz elə bir Ağdam quracağıq ki, bütün dünya üçün örnək olacaq
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın