ABŞ-nin “İnter Mayami” klubunun hücumçusu Lionel Messi 2011-ci ildə UEFA Çempionlar Liqası yarımfinalında “Barselona”nın heyətində Real Madridə vurduğu qolun karyerasında ən yaddaqalan olduğunu deyib.

YALAN.info bildirir ki, Messinin sözləri “Qızıl Top”un X sosial şəbəkəsindəki hesabında paylaşılıb.

“Mən həmişə deyirəm ki, önəmli qollar Çempionlar Liqasının və Dünya Kubokunun finalında vurulan qollardır. Həmişə xatırladığım qol Çempionlar Liqasının yarımfinalında “Real”a 2:0 hesabı ilə qalib gəldiyimiz zaman vurduğumuz qoldur”, – Messi qeyd edib.

Yada salaq ki, oktyabrın 30-da Messi səkkizinci dəfə “Qızıl Top”u qazanıb. Argentinalı futbolçu karyerası boyunca 2009, 2010, 2011, 2012, 2015, 2019 və 2021-ci illərdə “Qızıl Top”un sahibi olub.

Lionel Messi LEGENDARY Solo Goal vs Real Madrid ||HD||

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın