Hakim Monqol Xalq Partiyasının sədri və ölkənin keçmiş baş naziri Uxnaagiin Xurelsux Monqolustanın yeni prezidenti seçilib.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, Monqolustan Seçki Şurasının açıqladığı qeyri-müəyyən nəticələrə görə, Xurelsux təqribən 1 milyon 75 min seçicinin qoşulduğu seçkidə 820 000-dən çox səs toplayıb.

Səslərin sayına görə digər iki namizəddən böyük fərqlə üstün olan 52 yaşlı Xurelsux bu nəticə ilə qələbəsini elan edib.

“İnsanlar mənə etimadlarını göstərdilər və mən Monqolustan üçün əlimdən gələni edəcəyəm”, – deyə o bildirib.

Yada salaq ki, Uxnaagiin Xurelsux yanvar ayında baş nazir vəzifəsindən istefa verərək prezidentliyə namizədliyini irəli sürüb.

Öncəki xəbərRed Bull-un pilotu Serxio Peres Formula 1 üzrə Azərbaycan Qran Prisinin qalibi oldu
Sonrakı xəbərFutbol üzrə Avropa çempionatı EURO 2020 bu gün Türkiyə-İtaliya oyunu ilə başlayır
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın