Formula 1 yarışının Bakıda keçirilən altıncı mərhələsində “Red Bull” komandasının meksikalı pilotu Serxio Peres birinci yeri tutub.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, komanda yoldaşı Maks Verstapenin qəzaya uğraması səbəbindən ilk sıraya yüksələn pilot yarış bərpa edildikdən sonra qalan üç turda da liderliyini qoruyub və qalib olub. 31 yaşlı pilot mövsümdə ilk qələbəsini qazanıb.

Meksikalı sürücü ilk dəfə F1 Azərbaycan Qran-prisinin qalibi olub. “Aston Martin”də çıxış edən Sebastyan Fettel ikinci, “Alpha Tauri” komandasından Pyer Qasli üçüncü yeri tutub. Hər üç pilot bu il ilk dəfə podiumda yer alacaq.

“Mercedes”də çıxış edən 7 qat dünya çempionu Lüis Hemilton sonda uğursuz olaraq 15-ci sıra ilə kifayətlənib.

Yarışın əvvəlində “Alpine”dən Esteban Okon mübarizədən kənarda qalıb. Fransalı sürücünün bolidinin mühərrikində problem aşkarlanıb. Ardınca isə “Aston Martin”dən Lans Strollun avtomobilinin arxa təkəri partlayıb. 49-cu dövrədə lider olan “Red Bull” pilotu Maks Ferstappen qoruyucu səddə çırpılıb və nəticədə onun sürdüyü bolidin təkəri partlayıb. Niderlandlının qəzasından sonra isə Qran-pridə uzun fasilə yaşanıb. Daha sonra mübarizə yenidən bərpa edilib. “Mercedes”də çıxış edən 7 qat dünya çempionu Lüis Hemilton sonda uğursuz olaraq 16-cı olub.

Qeyd edək ki, Azərbaycan Qran-prisi koronavirus pandemiyası səbəbindən azarkeşsiz keçirilib. Bakı şəhər halqasında “Formula 1” yarışları 2016-cı ildən keçirilir. Yalnız ötən il koronavirus pandemiyasına görə dünya çrmpionatının Azərbaycan mərhələsi ləğv edilib.

2016-cı ildə Avropa Qran-Prisi adı altında keçirilən ilk yarışın qalibi Niko Rosberq (“Mercedes”) olub. Daniel Rikkardo (“Red Bull Racing Honda”) 2017-ci, Lüis Hemilton (“Mercedes”) 2018-ci, Valtteri Bottas (“Mercedes”) isə 2019-cu ildə Bakıda podiumun ilk pilləsinə qalxıb.

F1 Azərbaycan Qran Prisinin qalibi Serxio Peres: Bakıdakı yarış ağlasığmaz olur

Formula 1 üzrə Azərbaycan Qran Prisinin qalibi “Red Bull”un pilotu Serxio Peres deyib: “Mən bu gün elə çox xoşbəxtəm ki. Adətən Bakı yarışı olduqca ağlasığmaz olur”.

Meksikalı pilot qalib olmasının ilk sevinc duyğularını bölüşərkən 48-ci dövrəyədək lider olan, ancaq gözlənilməz qəzaya görə yarışdan kənarda qalan Maks Verstapendən də danışıb:

“Maks üçün təəssüflənirəm. Çünki o, möhtəşəm yarış keçirirdi. O, həqiqətən qələbəyə layiq idi”.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın